Milli Məclisin ilk iclasının vaxtı dəyişdi

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtında dəyişiklik edilib. Belə ki, ilk iclas sentyabrın 30-da deyil, oktyabrın 2-də keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası hər il sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Amma bu il sentyabrın 30-u şənbəyə - istirahət gününə düşdüyündən qərara alınıb ki, iclas oktyabrın 2-də keçirilsin. Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin  təsdiqlənməsi ilə bağlı məsələlər  müzakirə ediləcək.

Bunlar aşağıdakılardır: Əmək Məcəlləsinə dəyişiklik; "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik; "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik; "Muzeylər  haqqında" qanuna dəyişiklik; "Rəsmi statistika  haqqında" qanuna dəyişiklik; "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna dəyişiklik; "Sərhəd qoşunları  haqqında" qanuna dəyişiklik; "Təhsil haqqında" qanuna dəyişiklik; "Müdafiə haqqında" qanuna dəyişiklik; "Yanğın təhlükəsizliyi haqqında" qanuna dəyişiklik; "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31