“Həmrəylik” gənclərin düşərgəsi keçiriləcək
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həmrəylik” gənclərin yay düşərgəsi layihəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a adıçəkilən təşkilatdan daxil olub. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaqdır. 4 gün ərzində keçirilən düşərgədə mədəniyyətlərarası dialoq, həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini, layihə idarəolunması, qeyri-formal təhsildə keyfiyyətin təmin olunması mövzularında təlim kursları baş tutacaq.
19 Sentyabr 2017 11:10 Sosial"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Həmrəylik" gənclərin yay düşərgəsi layihəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a adıçəkilən təşkilatdan daxil olub. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaqdır.
4 gün ərzində keçirilən düşərgədə mədəniyyətlərarası dialoq, həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini, layihə idarəolunması, qeyri-formal təhsildə keyfiyyətin təmin olunması mövzularında təlim kursları baş tutacaq.
Gənclərin bilik-bacarıqlarının artırılması, Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan və digər dünya ölkələrinin tarixi -mədəni irsinin Azərbaycan gəncliyi arasında təbliğivə.sistiqamətlərini əhatə edən düşərgə çərçivəsində 60 nəfər iştirakçı müxtəlif mədəni abidələrə, muzeylərə, ayrı-ayrı etnik-mədəni azlıqların yaşadıqları əraziləri ziyarət edib, mədəni proqramlara qatılacaqlar.