Bu, Sərkisyanda dəhşətli qorxu yaratdı – Erməni ekspert
İrəvan Moskvaya öz sədaqətini sübut etməyə çalışır. Bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb. “Yelk blokunun Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı təşəbbüsü İrəvanın Moskva qarşısından mövqeyini gücləndirməli idi. Bunu ən azından sağlam məntiq söyləyirdi. Görünür, Ermənistan hökuməti hətta öz kölgəsindən belə qorxur. Rusiya ekspertlərinin Yelk blokunun təşəbbüsünün arxasında rəsmi İrəvanın olduğunu söyləməsi isə hökumətdə dəhşətli qorxu hissi yaradıb. Buna görə onlar dəridən-qabıqdan çıxırlar ki, Moskvaya öz sədaqətlərini nümayiş etdirsinlər.
18 Sentyabr 2017 16:35 Dünyaİrəvan Moskvaya öz sədaqətini sübut etməyə çalışır. Bu sözlər erməni yazar Sərkis Artsruninin "1in.am" saytındakı məqaləsində yer alıb.
"Yelk blokunun Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı təşəbbüsü İrəvanın Moskva qarşısından mövqeyini gücləndirməli idi. Bunu ən azından sağlam məntiq söyləyirdi. Görünür, Ermənistan hökuməti hətta öz kölgəsindən belə qorxur. Rusiya ekspertlərinin Yelk blokunun təşəbbüsünün arxasında rəsmi İrəvanın olduğunu söyləməsi isə hökumətdə dəhşətli qorxu hissi yaradıb. Buna görə onlar dəridən-qabıqdan çıxırlar ki, Moskvaya öz sədaqətlərini nümayiş etdirsinlər. Başqa cür Stalin represiyaları qurbanlarının xatirəsinə keçirilən sərginin bağlanması və rus dilinin tədrisi ilə bağlı yeni konsepsiyanı izah etmək mümkün deyil. Müstəqil ölkənin özünün Rusiyaya sədaqətini göstərməsi, hətta Stalin respresiyalarına haqq qazandırmasını dərk etmək belə dəhşətlidir", - deyə o bildirib. Axar.az