Yetim qalmış miqrant uşaqlar məsələsi Parisdə müzakirə ediləcək
Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma, iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər gündəmdə olacaq. Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti müzakirə olunacaq.
18 Sentyabr 2017 14:56 SosialMilli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma, iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər gündəmdə olacaq. Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti müzakirə olunacaq. Yetim qalmış miqrant uşaqların övladlığa verilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, miqrant uşaqların orta məktəblərdə təhsilə cəlb olunması vacibliyi, AŞ-ın üzv dövlətlərində ailəvi qruplaşmalar, miqrasiya böhranında qaçqın və məcburi köçkünlərin hüquqları mövzularında müzakirələr aparılacaq. Deputatımız hər iki komitənin iclaslarında baxılan məsələlərə münasibət bildirəcək. Səfər sentyabrın 20-də başa çatacaq.