Azərbaycan-Türkiyə hərbi alyansı formalaşır

Məhəmməd Əsədullazadə: “Hərbi təlimlər işğalçı Ermənistana bir mesajdır” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Məlumat üçün qeyd edək ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.

Məhəmməd Əsədullazadə: "Hərbi təlimlər işğalçı Ermənistana bir mesajdır"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Məlumat üçün qeyd edək ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər. Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur. Təlimlər sentyabrın 22-dək davam edəcək. Qeyd edək ki, təlimlərin bir hissəsi isə Türkiyə ilə bərabər həyata keçirilir. Belə ki, sentaybrın 18-dən Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin iştirakı ilə "TurAZ-2017" təlimlərinə də start verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Bir neçə gün əvvəl "TurAz Qartalı - 2017" birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.
Sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

İstər Azərbaycanın təkbaşına, istərsə də qardaş ölkə Türkiyənin hərbi hava qüvvələri ilə birlikdə "TurAZ-2017" hərbi təlimlər keçirməsi Ermənistanda ciddi təşviş yaradıb. Demək olar ki, düşmən ölkənin bütün kütləvi informasiya vasitələri Azərbaycanın həyata keçirdiyi hərbi təlimləri döyüşə hazırlıq kimi dəyərləndirib və iddia edilib ki, rəsmi Bakı yaxın vaxtlarda Qarabağda yeni hərbi əməliyyatlara başlayacaq. Ekspertlər Azərbaycanın həyata keçirdiyi hərbi təlimlərin müharibə hazırlığı olmadığını bildirsələr də, eyni zamanda o da vurğulanır ki, bu təlimlər işğalçı Ermənistana bir mesajdır: Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir: "Bu gündən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə TurAz Qartalı-2017 birgə taktiki-uçuş təlimləri başlayıb. Türkiyə ilə mütəmadi olaraq birgə hərbi təlimlər iki ölkə arasında hərbi müttəfiqliyin bariz nümunəsidir. Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə hərbi Alyansı formalaşır və ölkəmizə qarşı hər hansı bir hərbi hərəkətlilik təhlükəsində Türkiyə Azərbaycanla birgə hərəkətə keçəcək. Qeyd edək ki, mütəmadi olaraq, keçirilən təlimlər Ermənistan və digər qonşu ölkələrə mesaj xarakteri daşıyır. Çünki, regionda geosiyasi situasiya hər an dəyişə bilər". Politoloq deyib ki, hazırda Silahlı qüvvələrin geniş miqyaslı yenidən hərbi təlimlərə start verib: "Qeyd edim ki, bir neçə gün bundan əvvəl Ermənistan Silahlı qüvvələrinin işğal olunmuş Ağdam ərazisində hərbi təlimlər keçirməsi, birbaşa gözlənilən danışıqlar prosesini sabotaj etməyə hesablanıb. Müdafiə Nazirliyinin geniş miqyaslı hərbi təlimləri, işğalçı ölkənin keçirdiyi təlimlərə adekvat cavab olaraq, növbəti aylar üçün Ermənistana danışıqlar prosesində tutacağı mövqeyə bir mesajdır". Məhəmməd Əsədullazadə onu da deyib ki, hazırda Ermənistanda siyasi vəziyyət stabil deyil: "Cəbhədə baş verən hərbi əməliyyatlar Ermənistan ordusunun uğursuzluğu ilə nəticələnməklə, Sərkisyan rejiminin laxlamasına və ölkədə siyasi qarşıdurmaya yol aça bilər.Ermənistanda bundan sonra, siyasi vəziyyətin stabil və qeyri-stabil olması, Qarabağ cəbhəsində baş verən hadisələrnən bağlı olacaq . Azərbaycanın hərbi-siyasi taktikası bundan sonra, bu istiqamətdə də fəaliyyəti genişləndirməlidir". Politoloq qeyd edib ki, Ermənistan nə qədər gec deyil bütün bunlardan nəticə çıxarmalı və danışıqlar prosesinin aktivləşməsində maraqlı görünməlidir: "Əks halda zaman onun ziyanına işləyəcək"

Mehemmed

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31