Rafael Hüseynov Fransaya səfər edəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək "Dünya Demokratik Forumu"na hazırlıqla bağlı müzakirələr aparılacaq. Rafael Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31