“Nar bağı” növbəti festivalda

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Filmin nümayişlərində rejissor İlqar Nəcəf iştirak edib.  Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı” həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilmək üçün seçilib.  Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.

İlqar Nəcəfin "Nar bağı" bədii filmi Hollandiyada keçirilən "Film by the Sea" Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Filmin nümayişlərində rejissor İlqar Nəcəf iştirak edib.

Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının "Qərbin Şərqi" müsabiqə proqramı çərçivəsində keçirilib. "Nar bağı" həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının Oskar Mükafatına "Xarici dildə ən yaxşı film" nominasiyasına təqdim edilmək üçün seçilib.  Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu", film "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31