İsa Həbibbəyli: Komitə üzvləri məhsuldar işləyiblər
“Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub.“Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək”-deyə, komitə sədri sonra deyib.
18 Sentyabr 2017 12:34 Sosial"Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub."Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək"-deyə, komitə sədri sonra deyib.