Lapşinin növbəti Azərbaycan təxribatı 

Fırıldaqçı blogger yenə Bakını hədəf seçdi Aleksandr Lapşin yenidən gündəm yaratmaq eşqinə düşüb. Səfil, tüfeyli həyat tərzinə öyrənən bu fırıldaqçı blogger ölkə qanunlarını pozduğuna görə həbs olunub bir neçə ay türmə həyatı yaşasa da, görünür hələ də ağıllanmayıb. Məlumat üçün qeyd edək ki, avara, səfil kimi dolaşmağa öyrəncəli olan Lapşin bir neçə aylıq həbsxana həyatına tab gətirməyərək özünə sui-qəsd etməyə cəhd göstərmişdi. Beynəlxalq səviyyədə təxribatçı və fırıldaqçı kimi tanınan Lapşinin özünü öldürəcəyi və bunun Azərbaycana heç də fayda gətirməyəcəyini nəzərə alan rəsmi Bakı onun azad edilməsi qərarını verdi. Və beləliklə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir daha humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək Lapşini əfv etdi. Əfv ediləndən dərhal sonra dövlət başçısına yazılı şəkildə təşəkkürünü ifadə edən Lapşin bu vaxta qədər etdiyi qələtlərə görə də üzr istədi. Beləliklə, Aleksandr Lapşin çoxərli arvad kimi vətəndaşı olduğu ölkələrdən birinə, İsrailə təhvil verildi.

Fırıldaqçı blogger yenə Bakını hədəf seçdi

Aleksandr Lapşin yenidən gündəm yaratmaq eşqinə düşüb. Səfil, tüfeyli həyat tərzinə öyrənən bu fırıldaqçı blogger ölkə qanunlarını pozduğuna görə həbs olunub bir neçə ay türmə həyatı yaşasa da, görünür hələ də ağıllanmayıb. Məlumat üçün qeyd edək ki, avara, səfil kimi dolaşmağa öyrəncəli olan Lapşin bir neçə aylıq həbsxana həyatına tab gətirməyərək özünə sui-qəsd etməyə cəhd göstərmişdi. Beynəlxalq səviyyədə təxribatçı və fırıldaqçı kimi tanınan Lapşinin özünü öldürəcəyi və bunun Azərbaycana heç də fayda gətirməyəcəyini nəzərə alan rəsmi Bakı onun azad edilməsi qərarını verdi. Və beləliklə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir daha humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək Lapşini əfv etdi. Əfv ediləndən dərhal sonra dövlət başçısına yazılı şəkildə təşəkkürünü ifadə edən Lapşin bu vaxta qədər etdiyi qələtlərə görə də üzr istədi. Beləliklə, Aleksandr Lapşin çoxərli arvad kimi vətəndaşı olduğu ölkələrdən birinə, İsrailə təhvil verildi. Ancaq el məsəlində qeyri-etik səviyyədə deyildiyi kimi öyrəncəli olan və əsas etibarilə də Azərbaycana qarşı nifrət hissi ilə yaşayan Lapşin İsrailə çatar-çatmaz yenidən sərsəm açıqlamaları, Azərbaycan dövlətinin ünvanına qərəzli fikirlər söyləməklə gündəm yaratmağa çalışdı. Belə ki, Aleksandr Lapşin iddia edib ki, guya Azərbaycanda həbsxanada olarkən o sui-qəsdə cəhd göstərməyib. Əksinə onu boğmağa çalışıblar.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib ki, indiyədək bu adamı və onun ətrafındakı hadisələri o qədər də ciddi hesab etməyib. Amma onun qanuni həbsi, Azərbaycana gətirilməsi və əfvindən sonra İsrailə gedən kimi verdiyi açıqlamalar onun ciddi antiAzərbaycan proqramının icraçısı olduğuna gətirib çıxarır: "Kim deyir ki, adam sadə blogger, özünü ortaya atan sarsaq-əhlikef, ya da sırf cəsus olaraq Azərbaycan dövlətçiliyi əleyhinə düşmənlərə ciddi informasiyalar ötürəndir, yanlır. Onun keçmişi və indiki fəaliyyətini, Azərbaycanı hədəf götürən davranış və çıxışlarını bir azacıq araşdırıb analiz edən kimi bir konkret nəticə hasil olur. Bu adamın işi təxribatdır. İllərdir, Azərbaycana qənim kəsilən erməni ideoloji və təxribat mərkəzinin icraçısıdır. Bunun vəzifəsi hansısa ciddi casusluq yox, Azərbaycanı gözdən salma məqsədli özünü avara məsuliyyətsiz və tutulub cəzalananda isə həyasız, hüquqları tapdalanan hay-küyçü rolunda təxribat aparmaqdır. Bu adam konkret qalmaqal-təxribat ustasıdır, təxminən müxtəlif ölkələrdə dövlət ciddi beynəlxalq tədbirlərdə soyunub ortaya atılan, sonra özünü tutdurub səs-küy qoparan lüt qızlar qrupuna - Femen Aktivistlərinə oxşayır. Lapşinin artıq, neçə ildir ki, üzdən avara görünən, əslində isə, xüsusi ilə proqramlaşdırılmış hərəkətlərini, daim konkret Qarabağ və sair məsələlər ətrafında Azərbaycana ilişib, sataşmaq cəhdlərini bununla göstərir. 1976-cı ildə Yekaterinburqda anadan olan bu şəxs 13 yaşında ailəsi ilə İsrailə mühacirət edib. Biznes üzrə və proqramlaşdırma sahəsində ixtisas alıb və Sofiya aeroportundakı təhlükəsizlik xidmətində işləyib. 2003-2008-ci illəri Moskvada yaşayıb. 2006-da İsrailə turist kimi səfərdə, Suriyada bəzi sərgüzəştlərinə görə şübhəli şəxs kimi həbs olunub. 2008-ci ildə İsrailə qayıdıb, hal-hazırda Livanla sərhəddəki Kibbutsda yaşayır. Subaydır, və uşağı yoxdur". İlqar Altay bildirib ki, Lapşin hər ölkənin vətəndaşlığını almağa cəhd edir: "Doğulduğu ölkənin - Rusiyanın və İsrailin vətəndaşlığından əlavə, həmçinin, Ukrayna vətəndaşlığını alıb, baxmayaraq orada yaşamayıb. Bundan əlavə, 90-cı illərin sonlarında Lapşin ABŞ-ın qrin-kartını alıb. 2011-ci ildə isə Gürcüstan vətəndaşlığı üçün müraciət etdib və nəticəsiz qalıb. "Puerto" ləqəbi ilə blogerlik edir, 10 min abunəçisi var. 100-dən çox ölkədə olub. Azərbaycana münasibətdə "davalıdır". Bu avara düşünüb-daşınır və qazancını Azərtbaycan hesabına çıxarmağı planlaşdırır öz bloqu vasitəsilə. Başlayır, ölkəmiz haqında ağzına gələni yazmağa və təbii, erməni mərkəzlərinin diqqətini çəkir. Dağlıq Qarabağa qanunsuz səfər edir və sakit durmur. Bunu hər tərəfə Azərbaycanı aşağılama bəyanatları yaymaqla edir. Azərbaycan da müvafiq olaraq, onu "persona non-qrata" elan edir.Bundan sonra da sakit durmur, Ukrayna pasportu ilə Gürcüstan üzərindən, bizim sərhədçiləri çaşdırmaqla Bakıya gəlir. Bunu da şouya çevirib, bu ölkənin sərhəd xidmətini, dövlətini lağa qoyan yazılar çap etdirir. Açığı onu deyir ki, məni tutun... Azərbaycan hüquq-mühafizə orqanları da təbii ki, bunun qarşısında addım atmalı və Lapşinə qanuni olaraq CM-nin 318.2-ci. Dövlət sərhədini pozma və 281.2. Dövlət əleyhinə açıq çağırış maddəsi ilə cinayət işi qaldırır. Və təbii ki, beynəlxalq axtarışa verilir. Nəticədə Lapşin Belarusiyada həbs olunaraq Azərbaycana təhvil verilir. Nəinki Lapşin və onu proqramlaşdıran, havadarları hətta adi sıravi adam da, biz də bilirdik ki, 3 ölkənin vətəndaşlığı çətiri altında olan bu fırıldaqçı əvf olunub azad ediləcək. Elə də oldu. 2017-ci ilin fevralı Azərbaycana gətirilən Lapşin sentyabrında əfv olunub İsrailə göndərilir". Mərkəz rəhbəri Lapşinin Azərbaycan həbsxanasında əfv olunmaq üçün yazdığı məktuba rəğmən, ölkədən azad olub çıxan kimi, İsraildən həmin antiAzərbaycan proqramı üzrə verdiyi "zəhərli" bəyanata da münasibət bildirib: "Lapşin yazır: "Biz hələ mənim Azərbaycanda başıma gələnlər, səyahətim və oradakı həyat şəraitim haqında çox danışacaq, o məsələnin üzərinə çox qayıdacağıq"... Belə çıxır ki, bu icraçının təxribatı baş tutub, Azərbaycanın həbsxanasına da girib-çıxma proqramı həll olunub və indi təxribatın nəticələrini bəyan edib Azərbaycanı gözdənsalma kampaniyası hələ qabaqdadır. Daha sonra o qeyd edir: "Azərbaycanın, Bakı həbsxanasında intihar cəhdimə dair iddia etdiyi yalanı qətiyyətlə inkar edirəm. Əslində, 11 sentyabr gecəsi Bakı həbsxanasında naməlum adamlar məni boynum və əllərimdən tutub, böyrümdən zərbələr endiriblər. Ondan sonra daha heç bir şey xatırlamıram. Xatırladıqlarım artıq Mərkəzi Bakı klinikasının reanimasiya şöbəsindəndir. Artıq iki dişim qırılmışdı bütün arxa və yan tərəfim şişlərlə dolu idi". İlqar Altay deyir ki, Lapşinin ekstradisiyasını İsrail kimi yaxın olan strateji dövlətlə (Lapşini vətəndaşı olduğu Rusiya ya Ukraynaya da təhvil verə bilərdi) danışıq aparıb jest edən Azərbaycan onun təhvil verildiyi günün gecəsi bu qalmaqallı həyasızı niyə döysün? İkincisi, əgər döyübsə, bilərək ki, ertəsi gün İsrailə çatan kimi bu xəsarətləri görüb qeyd edəcəklər, niyə onu bir-neçə gün də daha saxlamaylb, xəsarətlərin keçməsini gözləməsin? Və əgər belə bir xəsarətlər olsaydı, ən ağılsız orqan onu xaricə buraxmaqdan qabaq öz ekspertizasından keçirməli idi: " Daha sonra Lapşin daha bir qərəz səsləndirir: "Dünən, Təl-Əviv klinikasında müayinədən keçdim. Həkimlər də xəsarətlərin intihar cəhdindən də çox fiziki zorakılığa bənzədiyini dedilər. Boynumun sağ tərəfindəki çökəkliyin yaxınında boğulma dərinliyinə diqqət çəkdilər. Ancaq bu, qəti intihar üçün xarakterik əlamət deyil, çünki bu iz o halda qulaq bölgəsində olur"... Bu çəxs boğulma dərinliyi dedikdə, iplə boğazdan asılma ya boğmaqdan yaranan "stranqulyasiya" şırımını nəzərdə tutur. Bəli, iplə boğma ilə asılmanın fərqli cəhətlərindən birisi, asılmada şırımin boyunun yuxarı hissəsində yerləşməsidir. Həbsxana şəraitində bədəndən hündür yerləşən tavanda asılma üçün nəsə bir ilgəc yeri olmadığı üçün ipin, kəndirin ya burulmuş mələfənin bir ucunu divardakı istinad çıxıntısına və ya pəncərə barmaqlığına keçirib özlərini asırlar. Bu halda həbsxanalardakı bütün asılmalar yarıuzanıqlı və ayağı yerdən üzülmədən baş verir. Belə halda isə, stranqulyasion şırım mütləq boyunun aşağı hissəsinə düşür. Çünki dartılma bədənin bütün ağırlığı ilə göydən tam asılma kimi gücündə olmur ki, kəndiri sürüşdürüb tam yuxarı aparsın. Beləliklə, bir təcrübəli ekspert-kriminalist kimi obyektiv deyirəm: bu asılma-boğulma fırıldaqçı Lapşinin proqramlaşdırılımış təxribatının Azərbaycana vura biləcəyi son zərbə akkordu olub. Əfv üçün ərizə təklif edilib və yazan adam bilib ki, əfv edilir, İsraillə bu barədə razılaşma var. Rəsmi prosedurun İsrail tərəfindən 1-2 gün ləngidildiyindən istifadə edib, yalançı bir "intihar" oyunu çıxardıb ki, guya özünü asmaq istəyir. Bunu da, azad olunmaq səs-küyünün daha effektli olması üçün edib. İndi isə tam azad olandan və İsrailə "tiraniyadan qurtulmuş" kimi çatandan sonra təxribatını daha "effektli" etmək üçün guya onu həbsxana şəraitində boğub öldürmək istəmələri versiyasını irəli sürür. Niyə boğmayıb bu qədər, onun dediyi içəriyə soxulmuş adam bunu onda? Gücü çatmayıb bu yalançı cələfsizə? Bunlar hamısı siyasi qalmaqal oyunudur" .

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31