AMEA-nı hədəf götürənlər
Alimlərimizin ixtiraları niyə dünyaya təbliğ edilmir? Son illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərin, elm adamlarının bu sahəyə samballı töhfələr vermədiyi, heç bi ciddi elmi nəticələrin ortaya qoyulmadığı ilə bağlı müəyyən iddialar, fikirlər səsləndirilir. Hətta bir çoxları AMEA-da bu səbəbdən ciddi ixtisarlar aparılmasının zəruriliyi vurğulanır, müxtəlif təşəbbüslər, təkliflər səsləndirilir. Məsələ ilə bağlı fikirlərini bölüşənsiyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin sözlərinə görə, bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının əleyhinə statuslar yazanlar bilmədən danışırlar ki, orda alimlər işləmirlər. Dünya elminə mühüm töhfə verən ixtira və kəşflərdən bir neçəsini xatırladan Zau Əliyev deyib ki, bildi, bilmədi danışanlar bundan nəticə çıxarmalıdırlar: “Azərbaycanda yeganə sahədir ki, AMEA-da əmək haqqın çox-çox aşağıdır. Bu aşağı əmək haqqı ilə orda belə işlər görürlərsə buna da şükür.
18 Sentyabr 2017 12:23 SosialAlimlərimizin ixtiraları niyə dünyaya təbliğ edilmir?
Son illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərin, elm adamlarının bu sahəyə samballı töhfələr vermədiyi, heç bi ciddi elmi nəticələrin ortaya qoyulmadığı ilə bağlı müəyyən iddialar, fikirlər səsləndirilir. Hətta bir çoxları AMEA-da bu səbəbdən ciddi ixtisarlar aparılmasının zəruriliyi vurğulanır, müxtəlif təşəbbüslər, təkliflər səsləndirilir. Məsələ ilə bağlı fikirlərini bölüşənsiyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin sözlərinə görə, bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının əleyhinə statuslar yazanlar bilmədən danışırlar ki, orda alimlər işləmirlər. Dünya elminə mühüm töhfə verən ixtira və kəşflərdən bir neçəsini xatırladan Zau Əliyev deyib ki, bildi, bilmədi danışanlar bundan nəticə çıxarmalıdırlar: "Azərbaycanda yeganə sahədir ki, AMEA-da əmək haqqın çox-çox aşağıdır. Bu aşağı əmək haqqı ilə orda belə işlər görürlərsə buna da şükür. Məsələn, AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti Nizami Süleymanov uzun illər apardığı elmi və texnoloji araşdırmalar nəticəsində müxtəlif düzülüşlü rəqəmlərin, hərflərin və ümumilikdə rəsmlərin vasitəsilə biofiziki sahənin müsbət enerjisini fəzanın bir hissəsindən digər hissəsinə bu vaxtadək elmə məlum olmayan yeni üsulla ötürülməsi imkanlarını kəşf etmişdi. Yaxud Həsən Abdullayevin Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdı. Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala Amerika Birləşmiş Ştatları və Fransanın patentləri verilmişdi. "Ekol mühəndislik xidmətləri" baş direktoru Soltan Əliyev və Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Alımustafa Mustafayevin neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ixtira etdikləri yeni MSİ qurğusu. A.H. Hacıyev (BDU), Q.Ç.Əfəndiyevin ixtira etdikləri Azərbaycan əlifbası üçün kompüter klaviaturası, AMEA-nın Fizika İnstitutunda hazırlanmış qısa müddətdə günəş eneryisini elektrik eneryisinə çevirə bilən günəş batareyası (bu qurğu vasitəsilə alınan eneryinin maya dəyəri elektrik eneryisindən 3/4 dəfə ucuz başa gəlir, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru professor K.Kərimovun 5 - 6 bal gücündə olan zəlzələnin bir neçə saat əvvəl müəyyən edilməsi ilə bağlı stansiyaların qurulmasına aid irəli sürdüyü ixtira və s". Zaur Əliyev qeyd edib ki, dünya elmində ilk dəfə olaraq, Azərbaycan alimi dənizdə nərəkimilərin, kilkələrin, kütümün və s. sayının artmasına mənfi təsir göstərən, olduqca zərərverici olan "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın öyrənilməsi sahəsində yeni ixtira edib: "Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuriyə Şamionova artıq bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın saxlanması üçün fiksator" adlı ixtirasına görə patent də alıb. Abbas Abbasov və Adil Süleymanov, Diofant tənliklərinin hamısının yox, böyük bır qisminin həllini kəşf etməyə imkan verən düstur və maraqlı analogiyalar, həmçinin Pyer Ferma ədədlərinin həllini tapıblar. Azərbaycan alimləri yanacaq qazı istehsal edənilə yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər. Prosesə uyğun alınmış qaza şətri olaraq "Hidroqaz" adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan "Metan" qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımından da daha təmizdir. AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun "Yaşıl bitkilərdə funksional fəal şəkərsiz rekombinant zülalların tibb və sənayedə istifadəsi üçün sintezi" adlı məruzəsi dinlənilib. O bildirib ki, malyariya və qarayaraya qarşı effektiv vaksinlərin bitki sistemində ekspressiyası və istehsalı üçün dünyanın müxtəlif laboratoriyalarında çoxlu cəhdlər olsa da, onlar uğursuz nəticələnib. İlk dəfə olaraq şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya işlənib hazırlanıb ki, bu texnologiya bitki sistemində malyariya və qarayaraya qarşı effektiv vaksinlərin yaradılmasına imkan yaradacaq. Professor bildirib ki, bu ixtira beynəlxalq aləmdə böyük marağa səbəb olub və molekulyar biotexnologiya sahəsində innovasiyanın mühüm nümunəsi kimi təqdim edilib". Zaur Əliyev qeyd edib ki, azərbaycanlı alimlərin ixtiraları barədə çox yazmaq olar və belə misallar yüzlərlədir. Ona görə də media nümayəndələri AMEA-dakı alimlərimizin kəşfləri barədə yazıb onları dünyaya çıxarsalar daha yaxşı olar.
Füzuli