Daha 149 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə oktyabrın 17-də keçiriləcək növbəti hərracda vətəndaşlara və potensial investorlara 149 dövlət əmlakı təklif olunur. Komitədən “Olaylar”a  verilən məlumata görə, hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakından 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə oktyabrın 17-də keçiriləcək növbəti hərracda vətəndaşlara və potensial investorlara 149 dövlət əmlakı təklif olunur. Komitədən "Olaylar"a  verilən məlumata görə, hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakından 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Azinterservis", "Bərdə Kərpic", "Tərtər Konserv", "Azərmetalinvest", "Oğuz Kəndkimya", "Çatal Broyler" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Azinterservis" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak "Bərdə Kərpic" Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 175 min 512 manata yaxın təklif olunur. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Yevlax, Şəki, Şəmkir, Tərtər, Yardımlı, İmişli və digər rayonlarda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31