Əmək bazarı sürətlə dəyişir

İşçilərin hüquqlarının müdafiəsi yeni yanaşma tələb edir Hazırda dünyada əmək münasibətlərinin dəyişməsi prosesi gedir. Xüsusilə, dünya bazarında neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb olub. İşsizlik, iş yerlərində diskriminasiya daha  çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin  ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır. Eləcə də dünyada tüğyan edən miqrasiya prosesi əmək miqrantlarının sosial hüquqlarının müdafiəsini labüd edir. Belə halda əməyin məhsuldarlığının artırılması, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini təmin etmək tələbata çevrilir. Maraqlıdır, Azərbaycanda bu istiqamətdə hansl işlər görülür?

İşçilərin hüquqlarının müdafiəsi yeni yanaşma tələb edir

Hazırda dünyada əmək münasibətlərinin dəyişməsi prosesi gedir. Xüsusilə, dünya bazarında neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb olub. İşsizlik, iş yerlərində diskriminasiya daha  çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin  ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır. Eləcə də dünyada tüğyan edən miqrasiya prosesi əmək miqrantlarının sosial hüquqlarının müdafiəsini labüd edir. Belə halda əməyin məhsuldarlığının artırılması, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini təmin etmək tələbata çevrilir. Maraqlıdır, Azərbaycanda bu istiqamətdə hansl işlər görülür?

Əvvala onu qeyd edək ki, dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq  Azərbaycan dövləti əvvəlki kimi sosialyönümlülüyünü qoruyub saxlamaqdadır. Son illər ərzində  gəlirlərin səviyyəsinə görə cəmiyyətin əhəmiyyətli dərəcədə təbəqələşməsinə yol verilməyib və qeyri-neft sektorunun inkişafına nail olunub. Respublikamızın müstəqillik əldə etməsindən cəmi 25 ildən bir qədər çox keçməsinə baxmayaraq hər il Ümumdünya Davos və Münhen iqtisadi və siyasi forumlarında və digər dünya biznes strukturlarının  məlumatlarında iqtisadi sahədə bizim real nailiyyətlərimiz  qeyd olunur. Prezidenti İlham Əliyevin vaxtında iqtisadiyyatın  neftdən  asılılığının azaldılması  təşəbbüsü sayəsində  bu gün qeyri-neft sektorunda ÜDM-un həcmi ölkə üzrə 1,7 faiz artmış,  neft-qaz sektorunun həcmi isə 6,6 % azalıbdır. Ölkədə əməkhaqqı 6,3 % artaraq  520 manat təşkil edib, iqtisadi inkişaf tempi bütövlükdə stabil olaraq qalmaqdadır. Görülən işlərn davamı olaraq ölkə rəhbərliyi sənayenin və kənd təsərrüfatının inkişafı üçün böyük işlər görür.   Görülən işlərin fonunda isə muzdlu işçilərdən tutmuş, miqrantların, eləcə də trnamilli şirkətlərdə çalışan işçilərin in əmək və sosial hüquqlarının müdafiəsi aktual məsələyə çevrilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, artıq xarici investisiyalarla işləyən müəssisələrdə çalışanların müdafiəsini qanunvericiliklə gücləndirmək zamanı gəlib çatıb. Təsadüfi deyil ki, bir çox beynəlxalq həmkarlar ittifaqlarında, bəzi ölkələrdə  transmilli şirkətlər haqqında ayrıca  qanun qəbul edilməsi  təklifi qaldırılıb. Hazırki şəraitdə AHİK sosial tərəfdaşların qəbul etdikləri qərarların tam şəkildə yerinə yetirilməsini çox mühüm faktorlardan biri hesab edir. Dövlətlərin, həmkarlar ittifaqlarının və işəgötürənlərin əməkdaşlığı pozitiv nəticələnməli, tərəflər öz vədlərini yerinə yetirməlidirlər. Sosial tərəfdaşlıq institutunun uğurlu  işinin müsbət faktorlarından biri də istehsalın idarə olunmasında və uydurulmuş "kommersiya sirri" adı altında əmək kollektivindən gizli saxlanılan  qərarların qəbulu prosesində müəssisə işçilərinin iştirakıdır. İstehsalın idarə olunmasında, həmkarlar ittifaqlarının iştirakı onun inkişafına dair mühüm məsələlərin müzakirəsinə işçilərin qoşulmasına imkan yaradır.  Əmək sahəsinin  gələcəyi formalaşarkən  Əmək Məcəlləsinin hüquqi - normativ cəhətdən təkmilləşdirilməsi çox vacibdir:"Cəmiyyətdə sülhün və stabilliyin qorunub saxlanmasının  tripartizmin bütün tərəfləri üçün   ən aktual məsələlərdən biri olduğunu aydın başa düşərək həmkarlar ittifaqları Azərbaycanın əmək sferasının gələcəyi haqqında zamanın çağırışına qoşularaq BƏT-in əməyin gələcək sferasına dair təşəbbüsünü dəstəkləyir. Biz BMT-nin 2030-cu ilədək  əməyin gələcək inkişafına, işsizliklə mübarizənin son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş "BMT-nın  dayanıqlı inkişafının məqsədləri"  adlı Proqramını dəstəkləyir və onun həyata keçirilməsində imkan daxilində iştirak etməyə çalışacağıq. Konfederasiyamız Beynəlxalq Əmək Təşkilatı ilə  əməkdaşlığın daha da  fəallaşmasına  və təkmilləşməsinə səy göstərəcək, onun qanunyaradıcılıq fəaliyyətinin gələcəkdə daha da təkmilləşməsinə, nəzarət mexanizminin gücləndirilməsinə hər vasitə ilə yardım edəcəkdir". S.Möhbalıyev vurğulayıb ki, həmkarlar ittifaqlarının  həmrəyliyini tələb edən daha bir məsələ - əmək ehtiyatlarının miqrasiyasının  iqtisadiyyata təsirinin müsbət və mənfi aspektlərinin çoxluğudur: "Həmkarlar ittifaqlarının əsas məqsədi işçi-miqrantların necə müdafiə olunmasıdır. Bununla bağlı yeni versiyalar, təkliflər eşitmək istəyirik. Lakin qeyd etməliyik ki, biz Azərbaycanda  bu sahədə əməkdaşlıq haqqında ölkələrarası və sahələrarası ikitərəfli müqavilələrin imzalanması yolu ilə gedirik. Əmək bazarı çox sürətlə dəyişir. Orada işçi üçün    layiqli əmək   artıq bu gündən işləməlidir". Onun sözlərinə görə, əməmk bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından da yan keçməyəcək:"Həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərinin yenidən baxılmasına  zərurət  yaranacaqdır.  Təşkilati, kadr, struktur məsələləri ən çox dəyişiklik tələb edən problemlər olacaqdır". 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir:

"Makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər hökumətə imkan verir ki, əhalinin sosial rifahına yönələn məqsədləri reallaşdırsın. Səmərəli məşğulluğun təmin edilməsi, əmək bazarının tələbatlarına uyğun təhsil islahatlarının aparılması, əmək qanunvericiliyi və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi əsasında qurulması milli siyasətin tərkib hissəsidir. Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrlə özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü "Əməyin gələcəyi" təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin üzvü kimi bu təşəbbüsü dəstəkləyir və onun icrası üçün səylərini davam etdirir". M.Kərimli qeyd edib ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.Son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək və proqnoz hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının "Əməyin gələcəyi təşəbbüsü" müasir dünyada əmək münasibətləri ilə əlaqədar müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir: "Dünya inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin strukturu dəyişir, lakin insanların əsas tələbatı - sağlam və gözəl rifah şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir. Bu səbəbdən bizim üçün birinci məsələ insanların məşğulluğunun təmin edilməsi olmalıdır, lakin burada çox önəmli bir nüans var. Belə ki, bəşər cəmiyyətinin tarixinə baxsaq çoxsaylı müharibələrə, tənəzzüllərə baxmayaraq, insanlar həmişə daha yaxşı yaşamaq istəyib və tarix sübut edir ki, həqiqətən də buna nail olunub. Biz 50-100 il öncəyə baxdıqda dünya səviyyəsində yoxsulluğun, aclığın azaldığını, ümumi daxili məhsulun artdığını, insanlar, dövlətlər arasında inteqrasiyanın gücləndiyini görürük. Bu gün kapitallaşma səviyyəsinə görə dünyada ilk beşlikdəki şirkətlər sənaye yox, məhz informasiya-kommunikasiya sahəsində olan şirkətlərdir. Bu şirkətlərin tarixinə baxdıqda onların son 20-30 ildə yaranaraq, bəzilərinin hətta son 10 ildə yaranaraq 100 ildən çox yaşı olan enerji, avtomobil istehsalı şirkətlərini üstələdiyini görürük. Bütün bunlar göstərir ki, məhz insanlar təşviq olunmalıdır və onların bilik bacarıqlarının artırılması üçün dövlət və biznes qurumları birgə çalışmalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31