Səfir ölkədən qovuldu
Küveyt Şimali Koreya səfirliyindəki diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili vəzifəsi ilə əvəz edilməsini və işçi sayının azaldılmasını tələb edib. Bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərardan sonra Şimali Koreyanın ölkədəki səfiri So Çan Skinin yaxın günlərdə ölkədən çıxacağı bildirilib. Sözügedən qərarın BMT Təhlükəsizlik Şurasının 2321 saylı qətnaməsinə əsasən, Şimali Koreyanın nüvə sınağına cavab olaraq atıldığı vurğulanıb. Küveyt rəsmiləri məsələ ilə bağlı açıqlama yaymayıb.
18 Sentyabr 2017 11:18 DünyaKüveyt Şimali Koreya səfirliyindəki diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili vəzifəsi ilə əvəz edilməsini və işçi sayının azaldılmasını tələb edib. Bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərardan sonra Şimali Koreyanın ölkədəki səfiri So Çan Skinin yaxın günlərdə ölkədən çıxacağı bildirilib.
Sözügedən qərarın BMT Təhlükəsizlik Şurasının 2321 saylı qətnaməsinə əsasən, Şimali Koreyanın nüvə sınağına cavab olaraq atıldığı vurğulanıb. Küveyt rəsmiləri məsələ ilə bağlı açıqlama yaymayıb.
Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya növbəti ballistik raket sınağı həyata keçirib. Axar.az