Qaliblər mükafatlandırıldı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim edilib: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Bakı Foto 2017" fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim edilib: "İçərişəhər: Dünən, bu gün", "Portret", "Təbiət", "Tədbirlər" və "Bədii fotoşəkil".

Müsabiqəyə ümumilikdə 600-ə yaxın fotoşəkil təqdim edilib. Münsiflər tərəfindən ən yaxşıları seçilərək qalib elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31