Yaponiyada qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb
Yaponiyanın qərb və cənub-qərb bölgələrində baş verən “Talim” qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Daha 3 nəfərin itkin düşdüyü bildirilir. İlkin məlumata əsasən, Küsü və Sikoku adalarında daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, onlarla yaşayış evi su altında qalıb. Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib.
18 Sentyabr 2017 10:36 DünyaYaponiyanın qərb və cənub-qərb bölgələrində baş verən "Talim" qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Daha 3 nəfərin itkin düşdüyü bildirilir. İlkin məlumata əsasən, Küsü və Sikoku adalarında daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, onlarla yaşayış evi su altında qalıb. Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib.
Hazırda "Talim" qasırğası Hokkaydo adasına yaxınlaşır. Apa.az