“Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin qalibləri Bakıdadır
Özbəkistandakı səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinə yekun vurulub. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi İli” elan olunması ilə bağlı Prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub. Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.
18 Sentyabr 2017 10:33 SosialÖzbəkistandakı səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə "Mən Azərbaycan haqqında nə bilirəm" yazı müsabiqəsinə yekun vurulub.
Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi İli" elan olunması ilə bağlı Prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.
Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm" adlı yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.
Özbəkistanda keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm" müsabiqəsində ölkənin Daşkənd və Səmərqənd şəhərindən 5 gənc ölkəmizin tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, milli mədəniyyətimiz, Azərbaycanın beynəlxalq aləmdə rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, neft və qaz strategiyası, Azərbaycan qədim mənbələrdə və s. mövzuları özündə əks etdirən məqalələr yazaraq AMM-nə təqdim edib.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə Səmərqənd Dövlət Universitetindəki Gənclər Təşkilatının sədri Khusen Tukhtaev, Daşkənd Kimya Texnologiyaları Universitetinin tələbəsi İbrokhim Kosimkujaev, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin tələbəsi Tatyana Abbasova, Səmərqənd Dövlət Universitetinin məzunu Yusif Cəfərov, Daşkənd şəhər Humanitar kollecinin tələbəsi Sitara İslomova müsabiqənin qalibi olublar.
Gənclər sentyabrın 15-dən 22-dək Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, "İçərişəhər" Dövlət Tarix Qoruğu, Atəşgah məbədi, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Tarix Muzeyini və digər məkanları ziyarət edəcəklər.
Ölkəmizin paytaxtı ilə yanaşı turizm regionlarına səfər də proqrama daxil edilib. Belə ki, səfər müddətində gənclər İsmayıllı rayonu və qədim Lahıc kəndində, Qəbələ rayonu və Şəki şəhərlərində olacaq, buranın tarixi və turizm məkanlarını gəzəcəklər.