Azərbaycanlıya BMT-də yüksək vəzifə verildi
"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam". Bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov sosial şəbəkədə paylaşıb. R.Hüseynov bundan sonra BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcəyini yazıb: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".
16 Sentyabr 2017 15:15 Siyasət"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam".
Bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov sosial şəbəkədə paylaşıb.
R.Hüseynov bundan sonra BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcəyini yazıb: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".
R.Hüseynov 2015-ci ildən Avstriyanın paytaxtı Vyanadakı ATƏT-in Baş ofisində mətbuat xidmətində çalışırdı. Publika.az