Azərbaycanın səfiri ABŞ-ın nüfuzlu radio verilişinin qonağı olub
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb. Səfirlikdən “Olaylar” – a bildirilib ki, müsahibə zamanı səfir E.Süleymanov 14 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğuladı.
16 Sentyabr 2017 09:08 Xarici siyasətABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb. Səfirlikdən "Olaylar" - a bildirilib ki, müsahibə zamanı səfir E.Süleymanov 14 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan "Əsrin müqaviləsi" nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğuladı.
Həmçinin səfir veriliş zamanı Azərbaycanın Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun ötən həftə İsrail Dövlətinə səfərindən bəhs etmiş, bunun iki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsi və praktik əməkdaşlığın təşviqi baxımından vacibliyini qeyd etdi. Səfər çərçivəsində onun İsrail həmkarı ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşünün həm də özlüyündə rəmzi məna daşıdığı bildirdi. Azərbaycanın bu tarixi səfərlə bir daha İsrail ilə olan strateji müttəfiqliyini tək sözdə deyil, həm də əməli işdə də göstərmiş olduğu qeyd edildi.