Yeni fəxri ad təsis ediləcək

Azərbaycanda yeni fəxri ad təsis ediləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

Azərbaycanda yeni fəxri ad təsis ediləcək.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə "Gənclər siyasəti sahəsinin Fəxri İşçisi" adının təsis edilməsi tapşırılıb.

Yeni adın təsis edilməsində məqsəd gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31