Ukraynalı sənətçilər Opera və Balet Teatrında

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq. "Olaylar" bildirir ki, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir. Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın "Jizel" baletinin tamaşası nümayiş olunacaq. "Olaylar" bildirir ki, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir.

Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

Onun tərəf-müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Dosenko ifa edəcəkdir.

Tamaşada həmçinin balet truppasının solistləri - Elmira Süleymanova, Əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcəklər.

Tamaşanın dirijoru Xalq Artsti, professor Cavanşir Cəfərovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31