Gündəm

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq edəcəklər

21 Sentyabr 2017 15:05

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, sənədin əsas məqsədi “ADA”-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır. Əməkdaşlıq haqda razılaşma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “ADA” Universitetinin rektoru Hafiz Paşayev tərəfindən imzalanıb. Rektor Hafiz Paşayev nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, “ADA”-da İT və Mühəndislik üzrə təhsil alan əlaçı tələbələr bu əməkdaşlıq çərçivəsində təqaüdlər qazana biləcək, yeni təcrübə imkanları əldə edəcəklər. O, əlavə edib ki, “ADA” Universiteti fəaliyyətində tələbələrin startap layihələrinin dəstəklənməsinə geniş yer verir. Öz növbəsində nazir Ramin Quluzadə isə qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sahəsində həyata keçirilən işlərə ən istedadlı gəncləri cəlb etməkdə maraqlıdır.

Nazir: Azərbaycan BMT-nin suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqdir

21 Sentyabr 2017 15:03

“BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır”. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarovun “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündəki çıxışında deyib. Nazir bildirib ki, inkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzalaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir.

Hava yağmursuz keçəcək, duman olacaq

21 Sentyabr 2017 14:39

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havaəsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən "Olaylar" - a verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Dövlətin gənclərə verdiyi önəmin bariz nümunəsi

21 Sentyabr 2017 14:27

Fuad Muradov: “Azərbaycan cəmiyyətində savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir” Gənclər hər zaman dövlətin əsas hərəkətverici qüvvəsi hesab edildiyi üçün hər bir sahədə olduğu kimi bu sahədə də müntəzəm olaraq təbrilrə həyata keçirilir, müvafiq sənədlər, dövlət proqramları qəbul olunur, fərman və sərəncamlar imzalanır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkənin ictimai-siyasi həyatında gənclərin iştirak dərəcəsi də artır. Sevindiric hal ondan ibarətdir ki, Azərbaycanda gənclərə diqqət və qayğı davamlı və sistemli xarakter daşıyır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur.

Deputatlardan prezident seçkiləri ilə bağlı çağırış

21 Sentyabr 2017 14:20

“Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik” Məlum olduğu kimi gələn il Azərbaycanda növbəti  prezident seçkiləri keçiriləcək. Lakin indidən bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr fəallıq nümayiş etdirilər. Azərbaycanı istəməyən yerli və xarici qüvvələr sanki ortaq məxrəcə gələrək ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Millət vəkili Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib: “Bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb”.

Qarabag erməni klanı iki təhlūkə arasında qalıb

21 Sentyabr 2017 14:18

İlqar Altay: “Bu Azərbaycandan hūcum ilə Ermənistanda qurulacaq dar agacları qorxusudur” Hazırda həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu hər iki dövlət başçısının BMT-nin Baş Assambleyasının sessiyasında etdikləri çıxışlardır. İşğalçı Ermənistanın prezidenti həmişəki kimi sərsəm fikirləri ilə bir daha beynəlxalq hüquq və prinsipləri tapdaladığını, heç bir beynəlxalq normalara əməl etmədiyini həyasızcasına BMT kürsüsündən bəyan edib. Təbii ki, işğalçı ölkə başçısının bu fikirləri erməni cəmiyyətində müəyyən mənada Sərkisyana inam hissi formalaşdırıb. Ən azından ona görə ki, separatçı və terrorçu dövlət rəhbərinin dünyaya meydan oxuyan sərsəmləmələrinə sessiyada heç bir reaksiya verilməyib, ona beynəlxalq hüquq və prinsiplər başa salınmayıb. Təbii ki, Azərbaycan Prezidenti istisna olmaqla.

Qoyun oğrularinın əlləri qandallandı

21 Sentyabr 2017 14:17

Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. DİN mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib. Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. 

Jurnalist Azər Hüseynbala əməliyyat olundu 

21 Sentyabr 2017 14:16

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib. Bu barədə məlumat verən  jurnalistin oğlu Turqut Əzizovun  sözlərinə görə, A. Hüseynbala ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

"Avronest" PA-da Dağlıq Qarabağ məsələsi qaldırılacaq

21 Sentyabr 2017 14:15

Sentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Azərbaycanın  "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri, "Avronest” PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov bildirib ki, tədbir iştirakçılarının siyahısında  Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var: “Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur.

UNESCO- nun sülh artisti Muğam Mərkəzinin səhnəsində çıxış etdi

21 Sentyabr 2017 14:14

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib. “Olaylar” bildirir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı  Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülüb. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan  Batumi Ümummilli festifalının təsisçisidir.       

Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib 

21 Sentyabr 2017 14:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a idarədən verilən məlumata görə, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Şimali İraqda keçiriləcək referendum Kərkük türklərini çətin duruma salacaq

21 Sentyabr 2017 14:11

“İraq Kürdüstanında sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi Kərkük vilayətini çətin duruma salmaqla bərabər, orada yaşayan, əslən Azərbaycan türkü olan soydaşlarımızın vəziyyətini gərginləşdirəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, qeyd edib ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani və bu referendumu dəstəkləyənlərin hamısı Kərkükü İraq Kürdüstanının ürəyi adlandırır: “İraq Kürdüstanı, de-fakto müstəqil fəaliyyət göstərir.

Ailəsini qumbara ilə hədələdi

21 Sentyabr 2017 14:09

Cəlilabadda ailəsini təhdid edən şəxsin evindən qumbara tapılıb. Daxili İşlər Nazirliyindən “Olaylar2a verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək, həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb

21 Sentyabr 2017 14:08

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.