Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
21 Sentyabr 2017 14:08 KriminalTovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.