Şimali İraqda keçiriləcək referendum Kərkük türklərini çətin duruma salacaq

“İraq Kürdüstanında sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi Kərkük vilayətini çətin duruma salmaqla bərabər, orada yaşayan, əslən Azərbaycan türkü olan soydaşlarımızın vəziyyətini gərginləşdirəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, qeyd edib ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani və bu referendumu dəstəkləyənlərin hamısı Kərkükü İraq Kürdüstanının ürəyi adlandırır: “İraq Kürdüstanı, de-fakto müstəqil fəaliyyət göstərir.

"İraq Kürdüstanında sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi Kərkük vilayətini çətin duruma salmaqla bərabər, orada yaşayan, əslən Azərbaycan türkü olan soydaşlarımızın vəziyyətini gərginləşdirəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, qeyd edib ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani və bu referendumu dəstəkləyənlərin hamısı Kərkükü İraq Kürdüstanının ürəyi adlandırır: "İraq Kürdüstanı, de-fakto müstəqil fəaliyyət göstərir. Amma, de-yure addımın heç kimlə, yəni maraqlı tərəf olan Türkiyə, İran, Suriya, ABŞ və digər maraqlı ölkələrlə razılşadırmaması yeni münaqişə ocaqlarına rəvac vermək günündədir. Bu isə, o anlama gəlir ki, Kərkük yenə də od-alova bürünmək təhlükəsi ilə üz-üzədir. İraq Kürdüstanı müstəqilliyini elan edərsə, Kərkük vilayətinin də bu addımı atmaq hüququ tanınmalıdır. Bu məsələdə Azərbaycanın da fəallıq göstərməsi və diplomatik danışıqlara qoşulması vacibdir. Azərbaycan və Türkiyə bu məsələdə vahid platformadan çıxış etməli, soyca Azərbaycan türkləri olan Kərküklüləri müdafiə etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31