UNESCO- nun sülh artisti Muğam Mərkəzinin səhnəsində çıxış etdi
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib. “Olaylar” bildirir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülüb. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan Batumi Ümummilli festifalının təsisçisidir.
21 Sentyabr 2017 14:14 MədəniyyətHeydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib. "Olaylar" bildirir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı Gürcüstanın "The medal of Georgian Government" (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 - ci ildə UNESCO-nun "Sülh artisti" adına layiq görülüb. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan Batumi Ümummilli festifalının təsisçisidir.
Eliso Bolkvadze tamaşaçılar üçün L.V. Bethoven- 3 saylı sonata, F.Şopen-Parlaq palanez, F.Şubert- Ekspromt, K.Debüssi-"The joyful İsland", S.Prokofyev -fortepiano üçün 2 saylı sonata əsərlərini səsləndirdi.
Onun ifası musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.