Dövlətin gənclərə verdiyi önəmin bariz nümunəsi
Fuad Muradov: “Azərbaycan cəmiyyətində savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir” Gənclər hər zaman dövlətin əsas hərəkətverici qüvvəsi hesab edildiyi üçün hər bir sahədə olduğu kimi bu sahədə də müntəzəm olaraq təbrilrə həyata keçirilir, müvafiq sənədlər, dövlət proqramları qəbul olunur, fərman və sərəncamlar imzalanır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkənin ictimai-siyasi həyatında gənclərin iştirak dərəcəsi də artır. Sevindiric hal ondan ibarətdir ki, Azərbaycanda gənclərə diqqət və qayğı davamlı və sistemli xarakter daşıyır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur.
21 Sentyabr 2017 14:27 SiyasətFuad Muradov: "Azərbaycan cəmiyyətində savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir"
Gənclər hər zaman dövlətin əsas hərəkətverici qüvvəsi hesab edildiyi üçün hər bir sahədə olduğu kimi bu sahədə də müntəzəm olaraq təbrilrə həyata keçirilir, müvafiq sənədlər, dövlət proqramları qəbul olunur, fərman və sərəncamlar imzalanır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkənin ictimai-siyasi həyatında gənclərin iştirak dərəcəsi də artır. Sevindiric hal ondan ibarətdir ki, Azərbaycanda gənclərə diqqət və qayğı davamlı və sistemli xarakter daşıyır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur. Prezident İlham Əliyevin məlum sərəncamı dövlətin gənclərə olan diqqə və qayğısının əyani təzahürü kimi xarakterizə edilir və ölkə gəncləri tərəfindən birmənalı olaraq təqdir edilir.
Elə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov da bu qənaətdədir. O, bilıdirib ki, Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir. Komitə sədri bildirib ki, proqramın əsas hədəfləri gənclərin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi, onların asudə vaxtının təşkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır: "Bu proqram azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsinə, onların vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin daha səmərəli şəkildə aşılanmasına təkan verəcək. Eyni zamanda, bacarıqlı gənclərin müasir dövrün tələblərinə uyğun peşələrə yiyələnməsinə, onların məşğulluq probleminin həllinə, həımçinin sahibkarlıq və yaradıcılıq fəaliyyətinin genişlənməsinə müsbət təsir edəcək. Bütün bunlara nail olmaq üçün onların təhsil, elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi, həmçinin, asudə vaxtlarının səmərəli təşkil edilməsi çox vacibdir ki, bu məsələ də proqramda xüsusi qeyd edilir. Azərbaycan cəmiyyətində savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir və bu məsələ dövlət tərəfindən müxtəlif layihələr və tədbirlər, yeri gələndə həvəsləndirmələr, mükafatlandırmalaq vasitəsilə dəstəklənməlidir. Hesab edirəm ki, istedadlı və yaradıcı gənclərin nailiyyətlərinin ölkədə və onun hüdudlarından kənarda təbliğ edilməsi, gənclərdə yeni həvəs və motivasiya yaradacaqdır". Bundan əlavə, millət vəkili hesab edir ki, gənclərimizin dünyaya çıxışı, onların beynəlxalq aləmlə sıx və səmərəli əməkdaşlıq qurmaları da dövrümüzün mühüm çağırışlarındandır: "Respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin dəstəklənməsi, təlim kurslarının, seminarlarının keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili çox vacib məsələlərdəndir". Fuad Muradov qeyd edib ki, gənclərlə iş sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi, lazım gəldikcə yenilərinin qəbul edilməsinə də xüsusi diqqət yetirilməlidir: "Çünki bu, gənclər siyasətinin icrası və səmərəsinin artırılması mexanizminin ayrılmaz tərkib hissələrindəndir. Gənclərin məşğulluq, yaradıcılıq, sahibkarlıq, dövlət qulluğuna qəbul, asudə vaxtın təşkili, yüksək səviyyəli kadrların hazırlanması, beynəlxalq əməkdaşlıq və s. məsələlərin hamısı ilk növbədə işlək normativ hüquqi bazanın olmasını tələb edir". Milli Məclisin Gənclər və İdman Komitəsinin sədrinin qənaətincə, sözügedən dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı gənclər sektorunun, o cümlədən, gənclərin fərdi inkişafının daha da gücləndirilməsinə hesablanıb: "Bu proqram daha əvvəl dövlət başçısı tərəfindən qəbul edilən və uğurla həyata keçirilən proqramların, eləcə də Azərbaycanın birinci vitse prezidenti, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin davamı olaraq gənclərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək".
Füzuli