Gündəm

Oğru “iş başında” yaxalandı

21 Sentyabr 2017 14:06

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini tutularaq təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Namiq Qaraçuxurluya hücum etdilər

21 Sentyabr 2017 14:05

Meyxanaçı Namiq Qaraçuxurlu İranda konsert verib. “Olaylar” xəbər verir ki, meyxanaçı səfərdən fotolarını sosial şəbəkədə paylaşıb. Namiq paylaşımlarına “Bu da məni Azərbaycandan kənarda belə tanıdan, sevdirən, sənət “pasportum” “Rəvayət”. Musiqiçilərdən, səhnədən uzaq olduğum üçün səsdə problem oldu. Amma sevgidə heç bir problem olmadı. Allahın mənə hədiyyəsi tamaşaçı sevgisidir.

Bəzi qara qüvvələrin əlinə fürsət düşüb

21 Sentyabr 2017 13:19

Onlar xalqı, cəmiyyəti doğru yoldan yayındırmaq istəyirilər Müxalifətin radikal qanadı yenə mitinq eşqinə düşüb. Aldıqları tapşırıq əsasında Milli Şura adlanan qurum sentyabrın 23-də paytaxtdakı “Məhsul” stadionunda aksiya keçirməyi qərarlaşdırıb. Ənənəvi olaraq hər mitinq öncəsi olduğu kimi bu dəfə də Əli Kərimlinin “facebook qəhrəmanları” sosial şəbəkələrdə mitinqə çağırışlar edirlər. Yenə hədəf Azərbaycan dövlətçiliyi, hakimiyyət, mövcud iqtidardır. Sivil siyasi mübarizə yolundan tamamilə uzaq olan bu qüvvələrin aksiyaları kimi ona çağırış müraciətləri də qeyri-etik, siyasi mübarizə metodlarına ziddiyyət təşkil edir. Bu kimi çağırışlarda radikalların əsas hədəfi isə ölkə başçısı olur. Sosial şəbəkələrdə dövlət başçısının ünvanına qeyri-etik ifadələr səsləndirən “facebook qəhrəmanları” bununla bir daha özlərinin siyasi mədəniyyətdən kənar, siyasi mübarizə üsulundan uzaq biri olduqlarını sərgiləyirlər.

Prezidentin BMT-nin ali kürsüsündən dünyaya xəbərdarlığı

21 Sentyabr 2017 13:17

Azərbaycanın mesajından nəticə çıxarmağın zamanı yetişib Bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib, Nyu-Yorkda baş tutan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak edib. Səfər zamanı ən yadda qalan hadisələrdən biri də dövlət başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı olub. Çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılan addımlardan ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb.

Beynəlxalq aləm və işğalçı dövlət növbəti Aprelə hazırlaşmalıdır

21 Sentyabr 2017 13:15

Əgər işğalçıya qarşı ciddi tədbir görülməsə Bu günlərdə keçirilən BMT-nin Baş Assambleyasının növbəti sessiyası və orada səsləndirilən çıxışlar dünyanın diqqət mərkəzində olan başlıca mövzulardan biridir. Xüsusilə, dünya mediası sessiyada qətiyyətli çıxış edən və dünya dövlətlərinə vacib ismarıclar göndərən dövlət başçılarının fikirlərini geniş və əhatəli şəkildə şərh edirlər. Təbii ki, ayrı-ayrı dövlət başçılarının çıxışları sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliytevin geniş və əhatəli, məzmunlu çıxışı daha yadda qalan oldu. Ümumiyyətlə isə, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır.

Manatın məzənnəsində sabitlik hökm sürür

21 Sentyabr 2017 13:14

Milli valyutanın taleyi daha çox neft gəlirlərindən asılıdır  2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Mərkəzi bankın yaydığı məlumata görə, bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 mlrd. dollar təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır. Manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur.

Strateji  Yol  Xəritəsinin monitorinqi sübut edir ki, seçilmiş istiqamətlər düzgündür 

21 Sentyabr 2017 13:09

Onun icrasında hələlik yüksək faizə nail olmayan qurumlar da mövcuddur Prezident  İlham Əliyevin sərəncamı ilə Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol  Xəritəsi  təsdiq  edilmişdir. Bu  sənəd  milli  iqtisadiyyatımızın  bütün  istiqamətlərdə  inkişafı  üçün  çox  vacib  bir  sənəd  olmaqla  yanaşı  qısa, orta  və  uzun  müddəti  əhatə  etməklə  3  dövrü  özündə  əks  etdirir : 2020-ci  ilədək, 2025-ci ilədək  və  2025-ci  ildən  sonrakı  dövr. Bələ  bir  vacib  sənədin  monitorinq və qiymətləndirmələrinin hər yarım ildən bir  keçirilməsi və  ilin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələrinin təqdim edilməsi  bir  daha  sənədin  əhəmiyyətini  ön  plana  çəkir. Bu  cür  qiymətləndirmələrin  keçirilməsi  sənədin  praktik  sənəd  olmasını  göstərir.  Millət vəkili Vahid Əhmədov qeyd edir ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarım illik monitorinq və qiymətləndirmə hesabatlarında  qeyd  olunmuş  rəqəmlər  onu  göstərir ki, nəzərdə tutulmuş tədbirlər  artıq  icra  edilməyə  başlanılıb,  ilkin  müsbət  tendensiyalar  və  nəticələr  əldə  edilib.

İdmançılarımız dünya çempionatında 5 medal qazanıb 

21 Sentyabr 2017 13:05

Sentyabrın 20-də Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar. Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Ermənilər mövqelərimizə mərmi atdı

21 Sentyabr 2017 13:03

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

MSK sədri Rusiyaya səfər edib

21 Sentyabr 2017 13:02

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib. MSK-dan “Olaylar”a verilən məlumata görə, “Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Bakıda 70 yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 12:59

Bakıda ahıl kişi boğazından bıçaqlanıb. Məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycanda Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək

21 Sentyabr 2017 12:58

Gələn ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək. “OLAYLAR” -ın xəbərinə görə, “Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşımacılıq sahəsində çalışan yüzlərlə mütəxəssisləri Azərbaycana və Bakı Limanına cəlb edəcək. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

Xəzərin hüquqi statusu Tehranda müzakirə ediləcək

21 Sentyabr 2017 12:54

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: “Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur.

Birinci ledilər Melaniya Trampın qonağı oldu

21 Sentyabr 2017 09:59

ABŞ Prezidenti Donlad Trampın həyat yoldaşı Melaniya Tramp ABŞ-da səfərdə olan birinci xanımların şərəfinə ziyafət təşkil edib. O, 72-ci Birləşmiş Millətlərin ümumi iclası səbəbilə səfər edən prezidentlərin xanımlarını bir araya gətirib. Mərasimə Azərbaycanın vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan da qatılıb.