Gündəm

Nazir Daşkəsən şəhərində vətəndaşlarla görüşəcək 

21 Sentyabr 2017 09:44

Sentyabrın 28 - də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov  Daşkəsən şəhəri Dövlət Arxiv İdarəsində  Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Pakistan Müdafiə Nazirliyinin nümayəndələri Tarix Muzeyində 

21 Sentyabr 2017 09:26

Pakistan İslam Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub. "Olaylar" bildirir ki, muzeyin Elmi-maarif və ekskursiyalar şöbəsinin müdiri, t.ü.f.d Bəxtiyar Sayılov qonaqlara bu elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və ekspozisiyaları barədə ətraflı məlumat verilib.

Növbəti güclü zəlzələ

21 Sentyabr 2017 09:22

Yaponiyanın Hünsü adasında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, ölkənin şərqində 6,1 bal gücündə zəlzələ olub. Mütəxəssislər yeraltı təkanların episentrinin adanın 281 kilometr cənub qərbində, dərinliyi isə 10 kilometr olduğunu bildirib.

Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutununda

21 Sentyabr 2017 09:20

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub. "Olaylar" bildirir ki. institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb. Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.

Görkəmli alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib

21 Sentyabr 2017 09:18

Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Olaylar” bildirir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 20:02

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi çərçivəsində "Pulsuz WiFi" xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.   "Baktelecom" istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə növbəti "Milyonuncu ol, noutbuku sən apar" sloqanlı hədiyyə kampaniyasını elan edib. Beləliklə, "Pulsuz WiFi" şəbəkəsindən istifadə edən 1 milyonuncu istifadəçi noutbuk qazanacaq.

“Caspian Energy Transport Forum”u keçirilib

20 Sentyabr 2017 19:24

Bu gün, sentyabrın 20-də Bakıda "Caspian European Club" və "Caspian American Club" tərəfindən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə təşkil olunan "Caspian Energy Forum" unun xüsusi sessiyasında nəqliyyat sektorunun əsas məsələləri və problemləri müzakirə edilib.  Biznes forumunda çıxış edən Ramin Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib. Dövlət və sahibkarlar arasında effektiv dialoq üçün yaradılan imkana görə Klub rəhbərliyinə minnətdarlığını bildirən Ramin Quluzadə qeyd edib ki, nazirlik həmişə sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələr üçün açıqdır. Nazirin sözlərinə görə, belə müzakirələr sahibkarlığın inkişafı və onların qarşısında duran problemlərin həlli, eləcə də nəqliyyat orqanları və biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından çox faydalıdır.

ABŞ-ın “Pi” startapı tamamilə simsiz enerjidoldurma stansiyası yaradıb

20 Sentyabr 2017 18:30

Mövcud olan simsiz enerjidoldurma texnologiyaları yalnız xüsusi meydançada smartfonu kabelsiz enerji ilə doldurmağa imkan verir. Son illərdə müxtəlif mütəxəssislər tamamilə simsiz enerjidoldurma stansiyası yaratmağa cəhd göstəriblər. ABŞ-ın “Pi” adlı startapı iddia edir ki, indi enerjidoldurma stansiyasından kənarda yerləşən qurğulara məsafədən enerji yükləmək mümkün olacaq.  “Pi” enerjidoldurma stansiyası kiçik konus formasında hazırlanıb. Onun iş prinsipi maqnit-rezonans texnologiyasına əsaslanır, amma o, enerji doldurmaq üçün qurğu ilə birbaşa kontakt tələb etmir.

Şahin Mustafayev Bərdədə qəbul keçirəcək

20 Sentyabr 2017 17:36

Sentyabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Bərdə şəhərində Bərdə, Yevlax, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.

XİN: Qarabağa gedən konqresmen erməni lobbisindən asılıdır

20 Sentyabr 2017 17:35

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq:

Türkiyədə helikopter qəzaya uğradı: bir ölü, bir yaralı

20 Sentyabr 2017 17:31

Türkiyənin Niğde bölgəsində Ali Polis Məktəbində helikopterin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı ölüb, biri ağır yaralanıb. Bu haqda Türkiyə KİV-i məlumat yayıb. İnformasiyaya əsasən, məktəbdə təlim zamanı helikopterin pəri 2 polisə çırpılaraq, onları ağır yaralayıb. Polislərdən biri hadisə yerində ölüb, o biri yaralı isə ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.

Kamal Abdulla beynəlxalq seminar iştirakçıları ilə görüşüb

20 Sentyabr 2017 17:25

Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetdə keçirilən “DaF-Unterricht im Stadium” adlı beynəlxalq elmi-metodiki seminarın Almaniya, Qazaxıstan, Özbəkistan və Çeçenistandan olan iştirakçılarını qəbul edib. "Olaylar" bildirir ki, qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla yüksək səviyyədə olan münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. “Kitabi-Dədə Qorqud” və “Nibelunq nəğmələri” dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində çox ciddi işlər görüldüyünü xatırladan rektor bu araşdırmaların bundan sonra daha ciddi şəkildə davam edəcəyinə inandığını söyləyib.

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 17:19

Güclü avtonomluğu və yüksək fiziki dözümlüyü ilə seçilən "OUKITEL K10000 MAX" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Smartfon "Full HD" təsvir ölçülü 5,5 düym diaqonallı ekran, "IP68" standartına uyğun sukeçirməz korpus və 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan əlavə, yeni qurğu 3 giqabaytlıq operativ yaddaş, səkkiznüvəli prosessor və 13 meqapikselli arxa kameraya malikdir.

Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər

20 Sentyabr 2017 17:10

Bu mövqe əvvəl-axır müharibəyə gətirib çıxaracaq. "Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasında dediyi sözlər ondan qabaq orada çıxış edən ABŞ prezidenti Donald Trampın fikirləri ilə tam ziddiyyət təşkil edir. Çünki D.Tramp dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü önə çəkib. Cənab Tramp öz müqəddəratını təyinetmə bəhanəsi ilə dövlətlərin sərhədlərinin pozulmasını qəbulolunmaz hesab edir. O getsin öz cılız təbliğatı və yalanlarını erməniləri himayə edənlərin qarşısında danışsın".

"Damladan aldığım zərbəni heç bir müğənnidən almamışam" - Manaf Ağayev

20 Sentyabr 2017 17:08

ARB TV-nin "Səhər- Səhər" verilişinin növbəti qonaqları müğənni Damla və Manaf Ağayev olub. Aralarındakı soyuqluqdan heç bir əsər-əlamət qalmadığını vurğulayan Damla artıq barışdıqlarını bildirib. "Biz sənət dostuyuq. Mən Manaf bəyin qızı yerindəyəm. Heç bir zaman mən Manaf müəllimə hörmətsizlik etmərəm. Oldu keçdi. Biz söz vermişik ki, danışmayacağıq bu haqda. Küsülü deyilik artıq". Daha sonra Manaf Ağayev Damlanın üzr istədiyini və bununla da barışdıqlarını qeyd edib: