Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutununda
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub. "Olaylar" bildirir ki. institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb. Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.
21 Sentyabr 2017 09:20 SosialSəudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub. "Olaylar" bildirir ki. institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb.
Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.
Hədiyyəyə görə təşəkkürünü bildirən G.Baxşəliyeva kitabların institutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün faydalı olacağını deyib.