Görkəmli alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib
Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Olaylar” bildirir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
21 Sentyabr 2017 09:18 SosialBakı Dövlət Universitetində görkəmli kimyaçı alim, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.
"Olaylar" bildirir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra akademik R.Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışı olub.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alim R.Əliyevanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə kimya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminə dəyərli töhfələr vermiş Rəfiqə Əliyevanın alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. Bildirib ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan R.Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, elmi-pedaqoji mühitində fəallığı ilə seçilmişdir.
Təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, akademik Vasim Məmmədəliyev və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.