Gündəm

"Ailə təklifləri var, qızımı köçürüm, daha sonra ..." - Əməkdar artistdən etiraflar 

20 Sentyabr 2017 17:07

 Əməkdar artist Nahidə Orucova yeni imici ilə qatıldığı məclisdə hər kəsin diqqətini öz üzərinə çəkib. Keçirdiyi xəstəlikdən şikayətlənən aktrisa bütün çətinlikləri geridə qoyduğunu etiraf edib: "Mən illərlə mədə ağrısından çox böyük əziyyət çəkdim. Bu ağrı mənə çox böyük fəsadlar verirdi. Təzyiqim, şəkərim qalxırdı. Təsəvvür edin, biz İrana getmişik. İşçilərimiz İrandan ədviyyatlar alıb gəlir, mənsə bir çamadan dərmanla geri qayıdırdım. Çox əziyyət çəkirdim. O qədər bezmişdim ki. Dedim buna son qoymalıyam. Nəticədə, mədə əməliyyatı etdirdim". Aktrisa onlardan nəyisə gizlətməyin mənasız olduğunu söyləyib:

Mikayıl Cabbarov federasiya prezidenti seçildi

20 Sentyabr 2017 17:01

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.   AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.  

Şagirdin hamiləliyinə görə tutulan müəllim azadlıqa çıxdı

20 Sentyabr 2017 17:00

2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb. Bu barədə açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib. O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb: "Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb".

Könül Xasıyeva ona 70 min atan müğənnini bağışladı

20 Sentyabr 2017 16:57

Xalq artisti Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb. Bunu muğam ifaçısının vəkili Şəfiqə Nağıyeva deyib.  Onun sözlərinə görə, K.Xasıyeva ona 70 min manat atan müğənninin barəsində olan şikayət ərizəsini geri götürüb: "Könülün ona yazığı gəldi. Dedi ki, "yazıqdır, bu qərar götürülsün, amma mənim pulum ödənilsin". Xatirə də ona söz verdi ki, 70 min manatı ödəniləcək. Pulun 20 minini ödəyib. Qalan 50 mini isə oktyabr ayına kimi ödəməlidir". Ş.Nağıyeva qeyd edib ki, K.Xasıyeva xəstədir və müalicələr üçün pul xərcləyir: 

Rusiyada meriyanın binası təxliyə edildi - BOMBA TƏHLÜKƏSİ

20 Sentyabr 2017 16:56

Rusiyanın Yaroslavl şəhərinin meriyası təxliyə edilib. Buna binaya bomba qoyulması ilə bağlı anonim zəngin daxil olması səbəb olub. Zəngdən sonra binada hüquq-mühafizə orqanları tərəfindən təxliyə işləri aparılıb və axtarışlar başlayıb. Hazırda ətraf ərazi nəzarət altındadır.

Bu gün azərbaycanlı teleaparıcının toyudur

20 Sentyabr 2017 16:45

Bu gün Azərbaycan idman jurnalistikası üçün xoş bir gündür. Tanınmış jurnalist, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Firuz Abdulla "CBC Sport" kanalının şərhçisi Səmra Əliyevaailə həyatı qurur.

Xoşqədəmin sanatoriyaya yerləşdirdiyi şəxsi qaçırdılar

20 Sentyabr 2017 16:43

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının Bilgəhdə psixoloji problemi olan insanlar üçün nəzərdə tutulmuş sanatoriyaya yerləşdirdiyi Rzayev İbadət Məsiağa oğlu yaxınları tərəfindən oradan qaçırılıb. İbadət Rzayev iyirmi il anası Ağayeva Şəhla Söhbət qızı tərəfindən zəncirlənərək saxlanılıb. X.Hidayətqızı faktın üstünü açdıqdan sonra Masallı rayon Çaxırlı kənd sakinini Bakıya gətirsə də, yaxınları Rzayevi sanatoriyadan qaçırmağa nail olublar.

Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir

20 Sentyabr 2017 16:29

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarına dair yeni Sazişin imzalanması tarixi hadisədir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, imzalanmış kontrakt ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir: “Kontrakta əsasən, adı çəkilən yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişdə Azərbaycan üçün daha əlverişli şərtlər nəzərdə tutulub. Bu, Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanması deməkdir. Kontrakt ölkəmizin iqtisadi qüdrətinin güclənməsi, maliyyə imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir”.  .

Komitə sədri: Bələdiyyələr daim diqqətdə saxlanılır

20 Sentyabr 2017 16:27

 “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun vacib sənəddir. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, bu qanun yerli özünüidarəetmə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun yüksəlməsinə, vətəndaşların bələdiyyə üzvlərinə inamının artırılmasına və bələdiyyə üzvlərinin qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı məsuliyyətinin güclənməsinə təminat verir. Onun sözlərinə görə, ötən sessiyada “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda da vacib dəyişikliklər edilib: “Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilib, bu yöndə bir sıra normativ hüquqi aktlar qəbul edilib. Təkcə 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62 min 228 bələdiyyə aktı daxil olub ki, bu da 2015-ci ildəkindən 5,6 faiz çoxdur. Daxil olmuş aktlardan 58 min 923-ü qanunvericiliyə uyğun hesab edilib, 3 min 87 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunub.

Deputat: "Prezidentin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir"

20 Sentyabr 2017 16:25

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və Azərbaycanın qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təqdim olunması baxımından böyük əhəmiyyətə malikdir". Bu fikri  Avropa Şurası Parlament Assambleyasının komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət həyata keçirən, özünün milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran, regionun inkişafında və bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rolu olan beynəlxalq münasibətlərin güclü aktorudur: "Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil.

"Bu günə kimi mənə 17 maşın hədiyyə edilib"

20 Sentyabr 2017 16:24

"Sağ olsun mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə maşın hədiyyə ediblər. Tək maşın yox, nələr hədiyyə bağışlayıblar. Bundan əvvəlki maşınım 50 min dollara idi. Yeni avtomobilim tamam başqadır". Bu sözləri müğənni Mətanət Əsədova "5/5" verilişinə açıqlamasında deyib. Sənətçi bu günə kimi ona 17 maşın hədiyyə olunduğunu söyləyib. Bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını deyən M.Əsədova toyun təxirə düşdüyünü söyləyib. Müğənni son günlər sosial şəbəkədə paylaşdığı romantik fotolardan danışıb:

"Bank Standard"ın keçmiş rəhbərinin barəsində cinayət işinin istintaqı dayandırıldı

20 Sentyabr 2017 16:22

"Bank Standard"ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviçin barəsində cinayət işinin istintaqı dayandırılıb. S.Kriman bir müddət əvvəl beynəlxalq axtarışa verilib. Bununla əlaqədar onun barəsində olan cinayət işinin istintaqının dayandırılmasına qərar verilib.   Baş Prokurorluğun mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan müxtəlif təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb. Ç.Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Amerikalı konqresmenləər Şuşa və Xankəndinə "səfər" etdilər

20 Sentyabr 2017 16:19

ABŞ Konqresində erməni məsələləri komitəsinin həmsədri Frenk Pallone və xarici əlaqələr komitəsinin üzvü Tulsi Qabbard erməni işğalında olan Dağlıq Qarabağa səfər ediblər. Onları Amerika Milli Erməni Komitəsinirn (ANCA) sədri Raffi Abramyan müşayiət edib. F.Pallone və T. Qabbard Şuşa ilə Xankəndidə olublar, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma "parlament"ində çıxış ediblər.

Reanimasiyada olan müğənnidən xəbər var

20 Sentyabr 2017 16:18

Reanimasiyada olan müğənni İrem Dericinin səhhəti ilə bağlı müalicə olunduğu xəstəxananın baş həkimi Reha Baran açıqlama verib. İfaçının vəziyyətinin nisbətən yaxşıya doğru getdiyi deyilib:  "Televizora baxır, qəzet oxuyur. Vəziyyəti hazırda yaxşıdır. Meyvə istədi, meyvə verdik. Çəki itirməsinə gəlincə, drammatik vəziyyət deyil. Böyrəklərinin işləməməsi ilə bağlı deyilənlər də yalandır. Bir müddət reanimasiyada saxlamaq fikrimiz var".