İtaliya təhlükə ilə üz-üzə - Çikunqunya virusu
20 Sentyabr 2017 16:16 Dünyaİtaliyanın paytaxtı Romada və ətraf bölgələrdə Çikunqunya virusunun yayılması barədə xəbər verilib. Son 10 gün ərzində bu xəstəliyin simptomları ilə bağlı xəstəxanalara 76 nəfər müraciət edib. Təkcə son sutka ərzində bu virus 11 nəfərdə aşkar edilib. Qeyd olunur ki, virusun aşkar edildiyi bölgələrdə dezinfeksiya işləri aparılıb. Hazırda virusun Romada necə yayılması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Çikunqunya virusu müəyyən ağcaqanad növünün sancması nəticəsində yayılır. Xəstəlik ilk dəfə 1950-ci illərdə Tanzaniyada aşkar edilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31