Gündəm
“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq. Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq. Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
Türkiyə Respublikası Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar rəssam, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.
Dəmir yolunda mülki müdafiə təlimi keçirilib
«Azərbaycan Dəmir Yolları» QSC-nin 2017-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, H.Z.Tağıyev-çeşidləmə dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bununla əlaqədar olaraq H.Z.Tağıyev-çeşidləmə dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, eləcə də stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunmuşdur.
Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək
Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir. K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.
Komitəyə 59 vətəndaşın ərizəsi daxil olub
Milli Məclisin (MM) qarşıdan gələn 2017-cil payız sessiyası ilə bağlı sentyabrın 20-də parlamentin Aqrar siyasət komitəsinin ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib. Onun sözlərinə görə, bu ilin yaz və növbədənkənar sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib”. Yaz sessiyası dövründə Aqrar siyasət komitəsinə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.
Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə dəyişikliklər edilir.“Olaylar” ın məlumatına görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib. İclasda bildirilib ki, qanun layihəsində deputatın mandatını itirməsi və digər məsələlərlə bağlı dəyişiklik ediləcək. Parlamentin Daxili Nizamnaməsi və Seçki Məcəlləsindən irəli gələrək, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək.
Azərbaycanda ifadə azadlığı yüksək səviyyədə təmin olunub
Məlum olduğu kimi siyasi məsələlər, eləcə də, ictimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət həmin məlumat və ideyaları almaq hüququna malikdir. Belə bir şəraitdə cəmiyyətin ifadə azadlığının təmin olunması vacib məslələrdən birinə çevrilir. Qeyd edək ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından demokratik cәmiyyәt üçün çox vacibdir.
"Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq" - Baş nazirin müavini
"Türkiyənin İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də "müstəqillik"lə bağlı referendum keçirməsi məsələsində mövqeyi qətidir və bu qərarın ləğv olunmasını gözləyir". Bunu açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, İraqın şimalındakı kürd müxtar bölgəsinin başçısı Məsud Bərzani odla oynayır: "Bu od hər kəsi yandıracaq. Təbii ki, İraqın şımalında yaşıyan kürdlərə daha çox ziyan vuracaq. Ona görə də referendum keçirmək israrlarından əl çəkməyə çağırırıq".
MDB məkanında rusiyalı turistlərin ən çox səfər etdiyi 3-cü şəhər Bakıdır
Bakı rusiyalı turistlərin MDB məkanında ən populyar şəhərlər seçimində TOP-3-ə düşüb. “TurStat” agentliyinin araşdırmasının nəticələrinə əsasən, Bakı rusiyalı turistlər arasında ən populyar MDB şəhəri Minsk və Astanadan (Qazaxıstan) sonra III yeri tutub. Bu barədə "Lenta.ru" yazıb. Turistlər Belarus paytaxtına orta hesabla 2,5 günlük səfər edirlər. Burada orta xərc bir gün üçün təxminən 70 dollar təşkil edir. II yerdə Astana (2 gün; 85 dollar/gün), III yerdə Bakı (3 gün, 78 dollar/gün) sıralanıb. Həmçinin, “TOP 10”a Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek daxildir.
Polşa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdi
"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o vurğulayıb.
Türkiyədə iki sərnişin avtobusu toqquşdu
Türkiyənin Balıkesir əyalətinin Edremit rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 41 nəfər yaralanıb. “Habertürk” xəbər verir ki, rayonun Akçay məhəlləsində sərnişin götürmək üçün dayanan avtomobilə başqa bir avtobus çarpılıb.
Özbəkistan portallarında “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması haqqında materiallar verilib
Özbəkistanın kun.uz və 1news.uz portallarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə bağlı özbək və rus dillərində materiallar verilib. Məqalələrin əvvəlində bildirilir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Qeyd olunur ki, Azərbaycan “Əsrin müqaviləsi”ni daha 25 il uzadıb, yeni sazişdə SOCAR-ın payı 11,65 faizdən 25 faizə qaldırılıb, bu sazişdən Azərbaycan Dövlət Neft Fondu 3,6 milyard dollar həcmində bonus alacaq.
Məmurlar toya hücum çəkdi, yeməklərin çoxunu apardı
Tacikistanın cənubunda bir qrup yerli məmur qızına toy hazırlıqları görən sakinin evinə gələrək toy yeməklərinin çoxunu müsadirə edib. Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun tacik xidməti bildirir. Bu, Tacikistanda dəbdəbəli toyların qarşısının alınması çərçivəsində edilib. Xəbərdə deyilir ki, Zaydulla Xudoyorovun evində evin böyük qızının toyuna son hazırlıqlar gedirdi. Ancaq toyun başlanmasına bir neçə saat qalmış bir dəstə yerli məmur gələrək ailənin toy üçün hazırladığı yeməklərin çoxunu müsadirə edib. Rəsmilər hazırlanan yeməklərin «israfçılıq» həddinə çatdığını deyərək, bunun Tacikistanın mərasim qanununa yeni düzəlişlərə zidd olduğunu iddia ediblər. Sözügedən qanun ailələrin toy, yas və digər özəl mərasimlərə xərcini nizamlayır və məhdudlaşdırır.
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək
Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək. Bunu barədə Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib. “Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”. O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.
BMT İŞİD-in bu addımından qorxur - Voronkov
BMT Təhlükəsizlik Şurası İŞİD-in Yaxın Şərqdə məğlubiyyətdən sonra Asiya və dünyanın digər regionlarına yerləşməsini real təhdid hesab edir. Bunu “İzvestiya” qəzetinə müsahibəsində BMT Baş katibinin müavini Vladimir Voronkov söyləyib.














