Polşa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdi
"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o vurğulayıb.
20 Sentyabr 2017 15:43 Siyasət"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.
"Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir", - deyə o vurğulayıb.
S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb. Virtualaz.org