Gündəm

Moqerinidən kürdlərə referendum çağırışı

20 Sentyabr 2017 15:26

Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırır. Bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib. “Avropa Birliyinin İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıram. Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”, - Moqerini bildirib.

Qarabağın həlli üçün fürsət yaranıb – Politoloq

20 Sentyabr 2017 15:24

BMT-nin Baş Məclisində bir çox ölkələrin prezidentlərinin çıxışı, o cümlədən, Prezident İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına güclü töhfə verəcək. Bu sözləri  BMT-də Dağlıq Qarabağ məsələsinin əsas müzakirə mövzularından biri olmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, BMT Baş Assambleyasında çox ciddi məsələlər müzakirə olunur:

Ziya Məmmədovun bacısı işdən çıxarıldı -  Açıqlama

20 Sentyabr 2017 15:22

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb. Hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir. Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar. Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.

Qacarlar sülaləsinin 51 yaşlı şahzadəsi Milanda tapıldı

20 Sentyabr 2017 15:16

Altı ay əvvəl İngiltərədə itkin düşmüş milyarder Ariane Lak İtaliyanın Milan şəhərində tapılıb. İngilis mediası Ariane Lakini İranda uzun müddət hakimiyyətdə olmuş Qacarlar nəslinin nümayəndəsi kimi təqdim edir. İtkin düşmüş şahzadənin ailəsi onu tapmaq üçün xüsusi detektivlərlə müqavilə bağlayıb. Məlumata görə, şahzadə Milanda tapılasa da, onu tanımaq çətin olub. Detektivlər onu geyimi olduqca çirkli, yaddaşı itmiş və qəzəbli halda tapıblar.

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20 Sentyabr 2017 15:10

«…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.» Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı «İki sahil» qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir. «Əsrin müqaviləsi»ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb.

TUMİB region gəncləri ilə bağlı layihəyə yekun vurub

20 Sentyabr 2017 15:07

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını Lerik şəhərində uğurla yekunlaşdırıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Lerik şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər. Tədbirdə Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Şəhər Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və TUMİB-in nümayəndələri iştirak ediblər.

Yeni dərs ilinin ilk iclasları keçirilir 

20 Sentyabr 2017 15:06

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuraların iclasları və valideynlərlə görüşlər keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Pedaqoji Şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. Həmçinin, növbəti tədris ilində qarşıda duran vəzifələr, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransından irəli gələn məsələlər, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar seçilən hədəflər, şagirdlərin bilikli, vətənpərvər və əsl vətəndaş kimi yetişməsi üçün görülməsi vacib sayılan işlər ətrafında müzakirələr aparılır. Müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.

İki nəfərə xəsarət yetirən şəxs tutulub

20 Sentyabr 2017 15:02

Müşfiqabad qəsəbə sakinlərinə xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 18-nə keçən gecə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən qəsəbə sakinləri Rəvan İsgəndərov və Emil Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Cəfərov Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Mağazalardan 1041 manatlıq oyuncaq oğurlanıb

20 Sentyabr 2017 15:00

Mağazalardan ümumilikdə 1041 manat dəyərində oyuncaq oğurlamaqda şübhəli bilinən şəxslər tutulubar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyul ayının 27-də rayon ərazisindəki mağazalardan birindən 41 manat və 1000 manat dəyərində oyuncaq oğurlamaqda şübhəli bilinən Vurğun Həsənov və Orxan Hacıyev tutulubar.

Quldurluqda şübhəli bilinən şəxs saxlanıb

20 Sentyabr 2017 14:59

Quldurluqda şübhəli bilinən Bərdə şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Nicat Abdullayevdən quldurluq yolu ilə 80 manat almaqda şübhəli bilinən şəhər sakini Emin Qəhrəmanov tutulub.

Polisin yubiley medalı təsis olunur

20 Sentyabr 2017 14:58

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunur. Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir. Bu yubuley medalı ilə daxili İşlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Kataloniyada gərginlik artır - SON DURUM

20 Sentyabr 2017 14:47

İspaniyanın baş prokuroru Xose Manuel Masanın tapşırığı ilə bu gün Kataloniya vilayətindəki 712 bələdiyyə sədrinin ifadələrinin alınmasına başlanılıb. Muxtar vilayətdə mərkəzi hakimiyyət tərəfindən "qanunsuz" elan olunmasına baxmayaraq, oktyabrın 1-nə planlaşdırılan müstəqillik haqqında referendumun baş tutmasına çalışacaqlarını bəyan edən və barələrində istintaq tədbirləri davam edən həmin bələdiyyə sədrləri ifadə verməkdən imtina ediblər. Bu gün 3 bələdiyyə sədri Barselona və Leridadakı prokurorluq binalarına daxil olsa da, prokurorun suallarını cavabsız qoyub. Müstəqillik tərəfdarları binanın qarşısına toplaşaraq onlara dəstək şüarları səsləndiriblər.

Bakını hədəf seçənlər

20 Sentyabr 2017 14:43

Yaxud radikallar yenə antiAzərbaycan mövqeyində Hədəf yenə Bakıdır. Necə ki, 1918-ci ildə Bakı hədəf seçilərək Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Necə ki, eyni ildə bolşevik-daşnak birləşmələri Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif əyalətlərində qırğınlar törətdilər. Necə ki, İkinci Dünya Müharibəsində Hitler Bakını hədəfə seçmişdi, lap yeni tariximizdə keçmiş SSRİ-nin silahlı birləşmələri Bakıda qırğınlar törətdi, eyni ilə yenə Bakı hədəf seçilib. Sadəcə arada zaman fərqi var. Oyunçular isə eyni olmasa da, onların törəmələri, əcdadlarıdır. Eyni zamanda “mübarizə” taktikası bir qədər dəyişərək bir növ “müasirləşdirilib”. Əgər uzaq tarixdə Bakını erməni daşnakları və bolşevik qüvvələri hədəf seçmişdisə, indi bu proses erməni lobbisinin və onlara dəstək verən daxildəki radikal siyasi qruplaşmaların timsalında gedir. Hazırkı mərhələdə Azərbaycana qarşı olan hücumlar, onu gözdən salmaq cəhdlərini məhz belə xarakterizə etmək olar.

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu

20 Sentyabr 2017 14:40

Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub. Hadisə 2 gün öncə baş verib. Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb. Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.