TUMİB region gəncləri ilə bağlı layihəyə yekun vurub
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını Lerik şəhərində uğurla yekunlaşdırıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Lerik şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər. Tədbirdə Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Şəhər Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və TUMİB-in nümayəndələri iştirak ediblər.
20 Sentyabr 2017 15:07 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliği" adlı layihənin icrasını Lerik şəhərində uğurla yekunlaşdırıb. "OLAYLAR"-a daxil olan məlumata görə, Lerik şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər. Tədbirdə Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Şəhər Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və TUMİB-in nümayəndələri iştirak ediblər. Layihənin məqsədi barədə məlumat verən TUMİB-in sədri Çingiz Bayramov İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayaraq Azərbaycan cəmiyyətində hər zaman humanist düşüncənin hakim olduğunu bildirib, ölkəmizin nümunəvi dövlət-din münasibətləri modelinə sahib olduğunu diqqətə çatdırıb. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov Azərbaycanda milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıb. Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Şəhər Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə çıxışlarında ölkə Prezidenti İlham Əliyev tərəfindən bu ilin "İslam Həmrəyliyi İli" elan olunmasını mühüm təşəbbüs kimi yüksək qiymətləndirərək, gənclər arasında belə tədbirlərin keçirilməsinin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd ediblər.