Gündəm
Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: at uşağın cinsiyyət orqanını DİŞLƏDİ
Azərbaycanın rayonlarının birində at 13 yaşlı oğlanın cinsiyyət orqanını dişləyib. Bu barədə uşağın əməliyyat edildiyi Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib. O, təcrübəsində belə halın ilk dəfə yaşandığını bildirib: “Uşaq atla oynayandan bir müddət sonra cinsiyyət orqanında ağrı, şişkinlik, göyərmə və sidiyə gedə bilmədiyi barədə valideynlərinə deyib. Onlar ilk növbədə rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Orada uşağın xayalarının üzərindəki travmaya tikişlə ilkin müdaxilə göstərilib və Bakıya göndəriblər.
Ordumuzun aprel sınağı: yeni qəhrəmanlıq salnaməsi
Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.
"NATO ölkələri Türkiyəyə zenit-raket kompleksləri verməyib"
Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib. Bunu ABŞ-ın PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz buna görə də Ankarada Rusiyanın S-400 zenit-raket komplekslərinin əldə olunmasına qərar verilib.
İspaniyada katalon məmurların həbsi başlandı
İspaniyanın mülki qvardiyası Kataloniyada müstəqillik haqqında referendum hazırlığına görə 12 məmuru saxlayıb. Bu haqda hökumətdəki mənbələrə istinadən “Pais” nəşri bildirib. Saxlanılar arasında telekommunikasiyalar və informasiya, sosial məsələlər, xarici işlər, iqtisadiyyat və maliyyə idarələrinin əməkdaşları var. Saxlanılanların bəziləri referendum haqqında materialların yayılmasında ittiham olunur. Hazırda Katalon hökuməti və digər idarələrdə axtarışlar aparılır. Qvardiyaçılar referendumun hazırlığı ilə bağlı sənədləri axtarırlar.
Bərdia Kiyarəs Musiqili Teatrda
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.
Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumu keçiriləcək
Milli Məclisin deputatı Şahin İsmayılov Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün sentyabrın 20-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, “Gənclik. Enerji. Modernləşmə” mövzusunda keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin nümayəndələri iştirak edəcəklər.
8906 vergi ödəyicilərinə ASAN İmza sertifikatı verilib
2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 16562 zəng cavablandırılıb.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 73304 SMS göndərilib. Avqust ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38577 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 28272 vətəndaş qəbul edilərək onlara 43019 sayda xidmət göstərilib.
Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı
“Turan” agentliyinə qarşı başlanan istintaq dayandırlıb. Bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb. Qeyd edilir ki, “Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb. Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə verilib.
Sazın Məhəmməd peyğəmbəri – Şərif Ağayar yazır
İnsan geniylə valideynin, qanıyla millətin, ruhuyla tanrının övladıdır. Mənim fikrimcə, əsl sənətkar bəşərin tanrı ilə qohumluğunu daima onun yadına salır, ən ağır məqamlarda ipin o mənəviyyat və gözəlliklər dünyasından üzülməsinə imkan vermir. Belə sənətkarların sayı dünyada çox azdır, bizdə isə barmaqla sayılacaq qədərdir. Ədalət Nəsibov bir əlin yarı barmağının saya biləcəyi nadir sənətkarlardandır. Məşğul olduğu saz ifaçılığı sahəsində isə Tanrının özü kimi yekdir, şəriksizdir.
Dünya çempionunu öldürən Anardan XƏBƏR VAR
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək. "Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır". Bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.
Rəsmi Yerevan Çexiyada qətl törədən mafiozu müdafiə edir
Çexiya Respublikasında nəşr olunan "The Prague Post" adlı qəzetin 2009-cu il saylarının birində Praqada erməni mafiyasının üzvlərinin həbs edilməsi haqda xəbər dərc olunmuşdu. Xəbərdə deyilirdi ki, 2007-cı ildə qətl faktı ilə əlaqədar Çexiya polisinin başlatdığı uzunmüddətli istintaqın nəticəsində 2009-cu ilin mart ayında ermənilərdən ibarət 4 nəfərlik qruplaşma nəhayət ki, zərərsizləşdirilib. Çexiya polisinin araşdırmalarından sonra o da bəlli oldu ki, sözügedən erməni qruplaşmasının fəaliyyəti Avstriyaya qədər gedib çıxıb. İstintaq nəticəsində cinayətkar qruplaşmanın Avstriya ərazisində yaşayan şəxslərdən xərac topladığı aşkarlanmışdı.
Məktəbliləri xəstəlikdən necə qoruyaq? HƏKİM MƏSLƏHƏTİ
Artıq yeni tədris ili başlandı. Məktəblilər dərs zamanı yeni bilikləri əldə etməklə yanaşı, bir çox infeksiyalarla da qarşılaşır, bir sözlə desək tez-tez xəstələnməyə başlayırlar. Belə olan halda, məktəbli həm dərsdən yayınır, həm də digər şagirdlərdən bilik səviyyəsinə görə geri qalır. Bu xoşagəlməz vəziyyət ən çox valideynləri narahat etməyə başlayır. Bəs o zaman məktəbliləri xəstəliklərdən necə qoruyaq? Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, məktəblilərdə daha çox xəstələnmə halı uşaqların evdən məktəbə infeksiya aparması nəticəsində baş verir.
Trampın həyat yoldaşı ilə heç kimin bilmədiyi münasibətləri 7 MARAQLI NÜANS
Onların nikahı başdan-başa ziddiyyətlidir: böyük yaş fərqi, Trampın ideal olmayan reputasiyası, həyat yoldaşının dünya mətbuatında yayılmış çılpaq şəkilləri və ilaxır... Heç nəyə baxmayaraq, Donald və Melaniya 18 ildir birlikdədir və ictimaiyyət arasında alovlu hisslərini nümayiş etdirməsələr də, bir-birini dəstəkləməyə davam edirlər. Bu yazıda oxucuları dünyanın maraqla izlədiyi cütlüyü ilə bağlı diqqətçəkən faktlarla tanış edib. İlk görüş zamanı Melaniya Donalda öz telefon nömrəsini verməkdən imtina edib.
Avtoyumadan maşın qaçıran uzaq gedə bilmədi
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
11 evdən oğurluq edən keçmiş məhkum ələ keçdi
Gəncədə 11 evdən oğurluq edən yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.



.jpg)
.jpg)








