Bərdia Kiyarəs Musiqili Teatrda

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda  Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda  Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini - 23 sentyabr tarixində "Arşın mal alan", 24 sentyabr tarixində isə "O olmasın, bu olsun" tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.

Bakıda olan məşhur dirijorun Musiqili Teatrda orkestr və aktyorlarla kollektiv və fərdi məşqləri davam edir. "Musiqili Teatrın çox gözəl kollektivi var. Burada əsl yaradıcı mühitin şahidi oldum. Qızğın məşq prosesindəyik. Böyük Üzeyir Hacıbəylinin dünya şöhrətli əsərlərinə dirijorluq etmək həmişə mənim ən böyük arzum olub. İstəyirəm ki, hər şey yüksək səviyyədə olsun. İnanıram ki, çıxışımız tamaşaçıların ürəyincə olacaq. Boş vaxtlarımda Bakı ilə tanış oluram. Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Tam səmimi deyirəm ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir", - deyə Bərdia Kiyarəs söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31