Gündəm
QMİ-nin saytı fəaliyyətini dayandırıb ?
Bir neçə gündür sədri ətrafında qalmaqal səngiməyən Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) rəsmi saytına giriş məhdudlaşdırılıb. QMİ-dən bildirilib ki, hazırda saytda yenilənmə gedir: “Texniki məsələlərə görə saytın fəaliyyəti dayandırılıb. Yaxın vaxtlarda fəaliyyəti bərpa ediləcək”.
Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək
7-8 oktyabr tarixlərdə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 8-19 yaşlı gənclər robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq. Həmçinin açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək. Əsas kateqoriya – İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq.
Nalbadyanın açıqlaması növbəti sabotajdır
Ermənistanın Xarici işlər nazirinin Yerevanda "Diaspora forumunda" Dağlıq Qarabağ ətrafında beş rayonun azad olunması mümkünlüyü barədə açıqlamaları, Lavrov planın tərkib hissəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: “Qeyd edim ki, BMT -nin Baş Assambleyası forumu çərçivəsində "Minsk qrupunun" həmsədrlərinin iştirakı ilə keçiriləcək Xarici işlər nazirlərinin görüşü öncəsi Nalbadyanın bu açıqlamaları, sabiq həmsədr Hoqlandın bir müddət bundan əvvəl elan etdiyi "altı bəndlik" mərhələli planı özündə ehtiva edən prinsiplərinin əleyhinədir.
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə keçirilir
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" adlı müsabiqəyə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!" devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını inkişaf etdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdən ibarətdir. Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.
Dərsliklərdəki xətaları necə aradan qaldırmalı?
Bu sahəni qanunla tənzimləmək mümkündürmü? Hazırda orta və ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə edilən dərsliklərdə ciddi xətaların olması barədə fikirlər səsləndirilməkdədir. Mütəxəssislərin qənaətinə görə, dərsliklərdə ən böyük qüsur təkcə, hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır. Araşdırmalar deməyə əsas verir ki, dərsliklərimizdə texniki və müəllifin qeyri-peşəkarlığı üzündən yaranan çoxsaylı nöqsanlar var. Bəzən elə səhv olur ki, müəllifin bir səhvi üzündən bütün şagirdlər o səhvi düz bilərək mənimsəyirlər. Bir çox hallarda isə tariximizin təhrif olunması halları müşahidə olunur. Bir sözlə, dərsliklər yazılarkən uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, “Musiqi” dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyatı olmayan bəstəkarla bağlı mətnə salmaq, “Texnologiya” dərsliyində alətlərin adının səhv yazılması, “Həyat bilgisi”ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq. Belə səhvlərin qarşısını almaq üçün təklif olunur ki, dərsliklər nəşr edilməzdən öncə ictimai müzakirəyə çıxarılsın.
Bakıda özünü 17-ci mərtəbədən atan şəxsin kimliyi bilindi
Bakı şəhəri, Nəsimi rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən şəxsin adı açıqlanıb. Özünü öldürən şəxsin 1986-cı il təvəllüdlü Nuri Mirzəyevdir. Qeyd edək ki, hadisə Mirəli Qaşqay küçəsindəki binalardan birində baş verib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Birinci xanım Xorvatiyaya bir gün vaxt verdi – “ŞƏKİLLƏRİMİ YIĞIŞDIRIN...”
ABŞ-ın birinci xanımı Melanya Tramp Xorvatiyada Amerika institutuna bir sutka vaxt verib ki, onun şəkili Zaqrebin küçələrində yerləşdirilmiş bilbordlardan yığışdırıısın. Bu haqda RTL telekanalı məlumat yayıb. İngilis dilinin populyarlaşması üçün Amerika institutu Ağ Ev başçısının arvadının şəkilindən istifadə etməklə reklam kampaniyası aparır. "Xanım Tramp hiddətlənib, o, 24 saat ərzində plakatların küçələrdən çıxarılmasını tələb edir, əks halda məhkəmə iddiası qaldırılacaq", – deyə melaniya Trampın vəkili Nataşa Pirs Musar RTL telekanalına bildirib."Qanunla, ticarət məqsədilə insanın şəklini, əgər bu insanın razılığı yoxdursa heç kim istifadə edə bilməz",– vəkil qeyd edib.
Bu ölkə də hərbi təlimlər keçirəcək - "Dragon 2017"
Polşanın paytaxtı Varşava yaxınlığında “Dragon 2017” geniş miqyaslı hərbi təlimləri keçiriləcək. Təlimlər zamanı Polşa ərazisinə şərti müdaxiləyə qarşı əməliyyatlar həyata keçiriləcək. Təlimlərdə 17 min hərbçi və 3500-dən artıq hərbi texnika iştirak edəcək.
Məşhur ikilinin sevgili olduğu üzə çıxdı
Hadisə başda olmaqla adı bir çox məşhurla sevgidə hallanan Hakan Sabancı bu dəfə dizayner Eliz Sakuçoğlu ilə eşq yaşayır. Model Beran Benandan bir müddət əvvəl ayrılan Eliz Hakanla ortaq dostları vasitəsilə tanış olub.
Nazirlik Ziya Məmmədovun bacısının direktor olduğu liseydə araşdırma aparır
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.
"Beynəlxalq Bank"ın keçmiş vəzifəli şəxsi məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin dələduzluqda təqsirləndirilən Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Əliyeva pulu faizlə borc aldığını deyib. O, əməlində dələduzluq faktı olmadığını bildirib.
Meksikada baş vermiş zəlzələdə ölənlərin sayı 200 nəfəri keçib
Meksikada zəlzələ nəticəsində 200 nəfərdən çox adam ölüb. “Guardian” yazır ki, dağıntıların altında xeyli insan qalıb. Meksika prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb: “Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”. Dövlət başçısı deyib ki, zəlzələ ilə əlaqədar Mexio şəhərinin 40%-də , Morelos ştatının isə 60 %-də elektrik enerjisinin verilişi kəsilib.
Venesuela prezidenti Donald Trampı “Yeni Hitler” adlandırdı
Venesuelanın prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı “Yeni Hitler” adlandırıb. “EFE Noticias” xəbər verir ki, N.Maduro BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib ki, Tramp özünü dünyanın sahibi zənn edir. D.Trampın BMT Baş Assambleyasında Venesuela əhalisinə qarşı təcavüzkar nitqlə çıxış etdiyini deyən N.Maduro bildirib ki, heç kim onları təhdid etməyə cəsarət edə bilməz.
Prokuror İŞİD-in tərkibində döyüşməkdə ittiham olunanalara cəza istədi
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək R.Qasımovun 12 ilvə A.Qəhrəmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.
Rusiya və ABŞ Suriyada həlledici zərbə planlarını razılaşdırır
Rusiya və ABŞ hərbçiləri Suriyada Rakka və Deyr-əz-Zor şəhərlərinin alınması üçün birgə planları razılaşdırır. Busiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib. Onun sözlərinə görə, tərəflər terrorçuluqla mübarizənin ümumi məqsədlərinin ziyan görməməsi üçün birgə addım atmaq qərarına gəlib.













