Nalbadyanın açıqlaması növbəti sabotajdır

Ermənistanın Xarici işlər nazirinin Yerevanda "Diaspora forumunda" Dağlıq Qarabağ ətrafında beş rayonun azad olunması mümkünlüyü barədə açıqlamaları, Lavrov planın tərkib hissəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: “Qeyd edim ki, BMT -nin Baş Assambleyası forumu çərçivəsində "Minsk qrupunun" həmsədrlərinin iştirakı ilə keçiriləcək Xarici işlər nazirlərinin görüşü öncəsi Nalbadyanın bu açıqlamaları, sabiq həmsədr Hoqlandın bir müddət bundan əvvəl elan etdiyi "altı bəndlik" mərhələli planı özündə ehtiva edən prinsiplərinin əleyhinədir.

Ermənistanın Xarici işlər nazirinin Yerevanda "Diaspora forumunda" Dağlıq Qarabağ ətrafında beş rayonun azad olunması mümkünlüyü barədə açıqlamaları, Lavrov planın tərkib hissəsidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: "Qeyd edim ki, BMT -nin Baş Assambleyası forumu çərçivəsində "Minsk qrupunun" həmsədrlərinin iştirakı ilə keçiriləcək Xarici işlər nazirlərinin görüşü öncəsi Nalbadyanın bu açıqlamaları, sabiq həmsədr Hoqlandın bir müddət bundan əvvəl elan etdiyi "altı bəndlik" mərhələli planı özündə ehtiva edən prinsiplərinin əleyhinədir. Azərbaycan çalışır ki, növbəti görüşdə "Hoqland planı" çərçivəsində danışıqlar prosesi aparılsın. Göründüyü kimi, Nalbadyanın açıqlaması isə, danışıqlar prosesində irəliləyiş yox, bir növ yenidən sabotajdır. Çünki, beş rayon əvəzində "müstəqillik referendumu" irəli sürülür. Ermənistan münaqişənin həllində "paket həllini" irəli sürür. Artıq, Rusiya "Paket həlli" -nin, ABŞ isə,"Mərhələli planı" dəstəkləyir. Xarici işlər nazirlərinin görüşündə Ermənistan mərhələli danışıqlar prosesində maraqlı olmasa, bu görüşdən heç bir nəticə gözlənilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31