Dərsliklərdəki xətaları necə aradan qaldırmalı?

Bu sahəni qanunla tənzimləmək mümkündürmü? Hazırda orta və ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə edilən dərsliklərdə ciddi xətaların olması barədə fikirlər səsləndirilməkdədir. Mütəxəssislərin qənaətinə görə, dərsliklərdə ən böyük qüsur təkcə, hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır.  Araşdırmalar deməyə əsas verir ki, dərsliklərimizdə texniki və müəllifin qeyri-peşəkarlığı üzündən yaranan çoxsaylı nöqsanlar var. Bəzən elə səhv olur ki, müəllifin bir səhvi üzündən bütün şagirdlər o səhvi düz bilərək mənimsəyirlər. Bir çox hallarda isə tariximizin təhrif olunması halları müşahidə olunur. Bir sözlə, dərsliklər yazılarkən  uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, “Musiqi”  dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyatı olmayan bəstəkarla bağlı mətnə salmaq, “Texnologiya” dərsliyində alətlərin adının səhv yazılması, “Həyat bilgisi”ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq. Belə səhvlərin qarşısını almaq üçün təklif olunur ki, dərsliklər nəşr edilməzdən öncə ictimai müzakirəyə çıxarılsın.

Bu sahəni qanunla tənzimləmək mümkündürmü?

Hazırda orta və ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə edilən dərsliklərdə ciddi xətaların olması barədə fikirlər səsləndirilməkdədir. Mütəxəssislərin qənaətinə görə, dərsliklərdə ən böyük qüsur təkcə, hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır.  Araşdırmalar deməyə əsas verir ki, dərsliklərimizdə texniki və müəllifin qeyri-peşəkarlığı üzündən yaranan çoxsaylı nöqsanlar var. Bəzən elə səhv olur ki, müəllifin bir səhvi üzündən bütün şagirdlər o səhvi düz bilərək mənimsəyirlər. Bir çox hallarda isə tariximizin təhrif olunması halları müşahidə olunur. Bir sözlə, dərsliklər yazılarkən  uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, "Musiqi"  dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyatı olmayan bəstəkarla bağlı mətnə salmaq, "Texnologiya" dərsliyində alətlərin adının səhv yazılması, "Həyat bilgisi"ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq. Belə səhvlərin qarşısını almaq üçün təklif olunur ki, dərsliklər nəşr edilməzdən öncə ictimai müzakirəyə çıxarılsın.

Millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca müstəqil qanunun olmasını istəyir. Onun sözlərinə görə, dərsliklər və dərs vəsaitlər ilə bağlı məsələ bu gün ölkənin təhsil və elm ictimaiyyətinin gündəmində olan ən vacib məsələlərdəndir: "Bildiyiniz kimi, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Çünki bu məsələdə ciddi problemlər var və ziyalılarımız da bununla bağlı ciddi iradlarını, təkliflərini səsləndirirlər. Artıq bu məsələ ilə bağlı Təhsil Nazirliyində müvafiq Şura yaradılıb və məni də həmin Şuraya daxil ediblər. Bildiyim qədər, bu Şurada digər millət vəkillərimiz də var. Hesab edirəm ki,  Şura üzvləri dərsliklər və dərs vəsaitləri ilə bağlı məsələdə üzə çıxan problemləri, qüsurları, nöqsanları ətraflı müzakirə, ciddi təhlil edib, buradakı boşluqları, xətaları aradan qaldıra biləcəklər. Qeyd etdiyim kimi, bu məsələdə, xüsusilə də, orta məktəb dərsliklərində narahatlıq doğuran ciddi məqamlar var. İstər tarix, istər ədəbiyyət, istərsə də də digər fənnlərlə bağlı dərsliklərdə, dərs vəsitlərində xətalar, qüsurlar yetərincədir. Ona görə də hesab edirəm ki, hər bir sahəni qanunlar tənzimlədiyi kimi, bu sahəni də qanunlar tənzimləməlidir. Yəni, dərsliklər, dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlanmalı və müzakirələrə təqdim edilməlidir. Mən bu yöndə təklifimi parlamentin qarşıdan gələn payız sessiyasının ilk plenar iclasında qanunvericilik işlərinin müzakirəsində də səsləndirəcəyəm. Belə bir sənədə çox böyük ehtiyacımız var".

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib ki, bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir: "Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır". Millət vəkili, professor Şəmsəddin Hacıyev də həmkarının təklifini dəstəkləyib. O da bildirib ki, bu yöndə müvafiq qanuna ehtiyac var: "Bununla belə, hesab etmirəm ki, bütün dərsliklərdə problemlər var. Bu, ayrı-ayrı dərsliklərdə özünü göstərir və odur ki, həmin dərsliklərlə bağlı ciddi təhlillər aparılmalı, boşluqlar doldurulmalıdır".

Deputat Bəxtiyar Əliyev isə qeys edib ki, istər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir". Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: "Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar". B.Əliyev əlavə edib ki, bu gün Azərbaycan dövlətinin bir məqsədi var. Bu da yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirməkdir: "Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxsı vəsait qoyulmalıdır ki, keyfiyyət də əldə edək. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı - ya ali məktəblərdə ixtisaslaşma, differensilaşma getməlidir, ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanimzlər işləyib hazırlaya bilək".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31