Prokuror İŞİD-in tərkibində döyüşməkdə ittiham olunanalara cəza istədi

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək R.Qasımovun 12 ilvə A.Qəhrəmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək R.Qasımovun 12 ilvə A.Qəhrəmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

İttihama görə, hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüblər. Onlar Azərbaycana qayıdarkən həbs olunublar. A.Qəhrımanov 2013-cü ildə Suriyaya gedib. Onun yol xərcini isə tanışı Rəşadət Qasımov ödəyib.

Təqsirləndirilən A.Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Suriyaya getməkdə məqsədi yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriayaya getdikdən sonra orada baş verənləri gördükdən sonra fikrindən daşınıb və geri qayıdıb.

Digər təqsirləndirilən R.Qasımov isə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində A.Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərsiz olduğunu göstərib. Afiqin ondan borc pul istədiyini deyib. Həmçinin ifadəsində ən-Nusra cəbhəsində olan şəxslərin onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini göstərib.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31