Gündəm

Rusiyadakı antiAzərbaycan qüvvələrin Azərbaycan üzərində “qələbəsi”

20 Sentyabr 2017 13:01

Yaxud ÜAK-ın qeydiyyatının ləğvi qərarı Görünür Rusiyadakı bəzi antiAzərbaycan qüvvələrin sözü hələ də keçərlidir və onları zərərsizləşdirmək, Moskva-Bakı münasibətlərinə zərbə vurmaq üçün oynadıqları oyunu pozmaq üçün Kreml o qədər də qətiyyətli deyil. Əks halda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar qüvvədə saxlanılmaz, onun dəyişdirilməsi reallaşardı. Düzü Azərbaycanda buna çox ümidlər vardı və ehtimal olunurdu ki, Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə “yaşıl işıq” yandırmayacaq. Buna səbəb isə bir neçə amil vardı. Birincisi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətləri. İki ölkə arasında münasibətlər bu gün ən yüksək səviyyədədir və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir.

MEK – də təlim

20 Sentyabr 2017 12:57

AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin  təşkili və Milli Rəqəmsal Yaddaş  layihəsinin tətbiqi ilə bağlı 2017-ci il üzrə növbəti təlim keçirilib. Təlim MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova tərəfindən aparılıb. “Olaylar” bildirir ki, təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib. G.Əhədova 2017-ci il üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib.

Tələbələr Mərkəzi Elmi Kitabxanada

20 Sentyabr 2017 12:56

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinin I kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər. “Olaylar” bildirir ki, görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması sektorunun əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. İlk olaraq tələbələrə MEK-in istifadəçisi adını qazanmaq üçün qeydiyyat qaydaları izah edildi. Daha sonra sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Rəqəmsallaşdırma şöbəsinin və biblioqrafiya sektorunun işini əyani surətdə izlədilər. Zəngin fonda malik MEK-in Nadir Kitab Fondu tələbələrdə xüsusilə böyük maraq doğurdu.

Tələbələr Rus Dram Teatrının səhnəsində

20 Sentyabr 2017 12:53

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. “Olaylar” bildirir ki,  Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurla çıxış ediblər.Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Deputat hamilə qadınlara güzəşt təklifi ilə çıxış edib

20 Sentyabr 2017 12:51

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında adıçəkilən komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm onların tez pensiyaya çıxmasını, eyni zamanda bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.

Bal yarmarkasının keçiriləcəyi vaxt və məkan bəlli oldu

20 Sentyabr 2017 12:46

Kənd Təsərrüfatı Nazirliyi 2017-ci il oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirlikdən modern.az-a bildirilib ki, sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12:00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19-dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

Elza Seyidcahandan ölən pişiyi barədə ŞOK SÖZLƏR: “Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də...” 

20 Sentyabr 2017 12:35

Əməkdar artist Elza Seyidcahana itki üz verib. Onun pişiyi “Ceyla” ölüb. Saytımıza açıqlama verən müğənni gözyaşlarını saxlaya bilməyib: “Ceyla 11 ildir bizim evdə idi və çölə çıxmırdı. Ölməyinə bir gün qalmış biz onu çölə çıxardıq. Heyvanları görəndə aqressivləşirdi. Neçə dəfə istəmişdik onu cütləşdirək, ancaq o bizə hücum edirdi. Bir dəfə hoppandı oğlumu və məni dişlədi. Məni dişləyəndən sonra pis oldu və geri çəkildi. Ailəmizdə hər kəs onu sevirdi. Təkcə anam xoşlamırdı ki, o masanın üstünə çıxsın. Ceyla mebelləri korlayırdı, ancaq ona heç nə demirdim. Baxmayaraq ki, qızım da onu çox sevirdi, amma Ceylanı tənbeh edirdi. Ona “olmaz” sözünü heç vaxt deməmişəm. 11 ildir rahat yatmamışam, oturmamışam, yemək yeməmişəm, musiqi bəstələməmişəm, şeir yazmamışam. Mən vərəq götürəndə gəlib vərəqin üstündə otururdu.

Komitə sədri: Şikayətlərin sayı ötən illə müqayisədə azalıb

20 Sentyabr 2017 12:28

Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin  Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib:“Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət istifadətə verilib

20 Sentyabr 2017 12:27

Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə,bunun əsas səbəbi qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır:

Deputatdan təklif: Azərbaycanda qəlyan qadağan edilməlidir

20 Sentyabr 2017 12:25

“Azərbaycanda qəlyan qadağan edilməlidir. Kimsə bunun arxasında durub. Narkotik vasitələrdən istifadəni Azərbaycanda qadağan etdiyimiz kimi, qəlyanı da qadağan etməliyik. Çünki narkotikdən istifadə edənlər qəlyan da çəkirlər”. “Olaylar” xəbər verir ki, bunu deputat Araz Əlizadə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Deputat bildirib ki, Azərbaycana adını çəkmək istəmədiyi bəzi dövlətlərdən gələn turistlərin sayı azaldılmalıdır: “Bəzi dövlətlərdən -adlarını çəkmək istəmirəm, hər kəs bilir- gələn turistlər bura öz mədəniyyətsizliklərini,  mənəviyyatsızlıqlarını, tərbiyəsizliklərini, vəhşiliklərini gətiriblər. Biz seçim etməliyik –  mənəviyyat, yoxsa, pul?” Deputat Bakıda “bit problemi”nin yarandığına görə ona zənglərin olduğunu da deyib: “Zənglərdən sonra bu işin arxasında düşdüm.

“Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır”

20 Sentyabr 2017 12:24

Nazir: Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməlidir  “Çox təəssüf hissi ilə bildirirəm ki, Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Kontakt Qrupunun ikinci iclasında çıxış zamanı deyib. Nazir əlavə edib ki,  Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycan əraziləri, Dağlıq Qarabağ daxil olmaqla yeddi ətraf rayon işğal edilib, on minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz ev və mülkiyyətlərindən didərgin olub, minlərlə insan itkin düşüb.

Sabahahın havası

20 Sentyabr 2017 12:20

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-45 % olacaq.

"Onları biabır etmək istəmirəm"

20 Sentyabr 2017 12:13

Azərbaycanda 800 min internet istifadəçisi var. Bunlar arasına istifadə edilməyən profillər də daxildir. Bu sözləri xalq artisti Faiq Ağayev Murad Arifin "Status" verilişində deyib.  Müğənni İnstaqram-da izləyicilərinin sayını pulla artıran həmkarlarından danışıb: "1, 2, bəziləri hətta deyir, 4 milyon izləyicim var. Axtarsan, o izləyicilərin hamısı Nigeriya, Zimbabve, Polşadan çıxacaq. Çünki izləyicini süni artırırlar. Gəl indi insanları başa sal ki, gerçək izləyici kimdir, saxta kim. Bunlar proqram vasitəsiylə çoxaldılır. Əgər 1 milyon izləyicisi olan insanın mahnısına 13 şərh, 100 bəyənmə varsa, hansı 1 milyon izləyicilərdən danışılır? Bunu halal yolla qazanan insanlar tək-tükdür. Bunları biabır etmək istəmirəm. 

Qocalar arasında bu xəstəlik artıb - AZƏRBAYCANDA

20 Sentyabr 2017 12:04

Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib. Bunu jurnalistlərə Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib. Onun sözlərinə görə, xəstəliyin simptomları əqli geriliklə müşahidə olunur, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir. Bu, sonda intellektin azalmasına səbəb olur: "İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur".

Vəkili Akif Çovdarova bəraət istəyib

20 Sentyabr 2017 12:01

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışı edir. O, A. Çovdarova verilən ittihamların əsassız olduğunu deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.