Tələbələr Mərkəzi Elmi Kitabxanada

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinin I kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər. “Olaylar” bildirir ki, görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması sektorunun əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. İlk olaraq tələbələrə MEK-in istifadəçisi adını qazanmaq üçün qeydiyyat qaydaları izah edildi. Daha sonra sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Rəqəmsallaşdırma şöbəsinin və biblioqrafiya sektorunun işini əyani surətdə izlədilər. Zəngin fonda malik MEK-in Nadir Kitab Fondu tələbələrdə xüsusilə böyük maraq doğurdu.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinin I kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər. "Olaylar" bildirir ki, görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması sektorunun əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. İlk olaraq tələbələrə MEK-in istifadəçisi adını qazanmaq üçün qeydiyyat qaydaları izah edildi. Daha sonra sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Rəqəmsallaşdırma şöbəsinin və biblioqrafiya sektorunun işini əyani surətdə izlədilər. Zəngin fonda malik MEK-in Nadir Kitab Fondu tələbələrdə xüsusilə böyük maraq doğurdu. Fondun ən qədim kitabları ilə yanaşı, həcmcə ən böyük və ən kiçik kitablarına (miniatür kitablar kolleksiyasına) da baxış keçirildi. Ziyarət zamanı tələbələrin kitabxana ilə bağlı sualları cavablandırıldı, maraq doğuran kitablara nəzər salındı. İnteraktiv oyun keçirildi, fakültənin müəllimi tələbələrə tapşırıq verdi. Tələbələr ənənəvi və elektron kataloqda axtarış aparıb onlara lazım olan ədəbiyyatın biblioqrafik təsvirini tapdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31