Tələbələr Rus Dram Teatrının səhnəsində
Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. “Olaylar” bildirir ki, Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurla çıxış ediblər.Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
20 Sentyabr 2017 12:53 Teatr və kinoMədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. "Olaylar" bildirir ki, Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurla çıxış ediblər.Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
"Mərasim" adlı tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.