Rusiyadakı antiAzərbaycan qüvvələrin Azərbaycan üzərində “qələbəsi”

Yaxud ÜAK-ın qeydiyyatının ləğvi qərarı Görünür Rusiyadakı bəzi antiAzərbaycan qüvvələrin sözü hələ də keçərlidir və onları zərərsizləşdirmək, Moskva-Bakı münasibətlərinə zərbə vurmaq üçün oynadıqları oyunu pozmaq üçün Kreml o qədər də qətiyyətli deyil. Əks halda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar qüvvədə saxlanılmaz, onun dəyişdirilməsi reallaşardı. Düzü Azərbaycanda buna çox ümidlər vardı və ehtimal olunurdu ki, Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə “yaşıl işıq” yandırmayacaq. Buna səbəb isə bir neçə amil vardı. Birincisi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətləri. İki ölkə arasında münasibətlər bu gün ən yüksək səviyyədədir və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir.

Yaxud ÜAK-ın qeydiyyatının ləğvi qərarı

Görünür Rusiyadakı bəzi antiAzərbaycan qüvvələrin sözü hələ də keçərlidir və onları zərərsizləşdirmək, Moskva-Bakı münasibətlərinə zərbə vurmaq üçün oynadıqları oyunu pozmaq üçün Kreml o qədər də qətiyyətli deyil. Əks halda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar qüvvədə saxlanılmaz, onun dəyişdirilməsi reallaşardı. Düzü Azərbaycanda buna çox ümidlər vardı və ehtimal olunurdu ki, Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə "yaşıl işıq" yandırmayacaq. Buna səbəb isə bir neçə amil vardı.

Birincisi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətləri. İki ölkə arasında münasibətlər bu gün ən yüksək səviyyədədir və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir. İldən-ilə yüksələn xətlə inkişaf edən ikitərəfli əlaqələr həm Azərbaycan, həm də Rusiya üçün olduqca faydalıdır. Rusiya üçün ona görə faydalıdır ki, Kremlin Cənubi Qafqazda yeganə strateji tərəfdaşı məhz Azərbaycandır. Həmçinin Azərbaycan Rusiyanın Qafqazdakı maraqlarının təmin olunmasının bir növ təminatçısıdır. Gürcüstandan fərqli olaraq Azərbaycanın balanslaşdırılmış siyasət yürütməsi, Moskva üçün təhdid hesab olunan NATO-nun Azərbaycan tərəfdən onun sərhədlərinə yaxınlaşma ehtimalının olmaması, ən əsası Qərbin Kremlə qarşı sanksiyalarına rəğmən Bakının Moskva ilə əlaqələrə kölgə sala biləcək hər hansı bir gediş etməməsi Azərbaycanın Rusiya üçün lazımlı bir ölkə olduğunu təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Cənubi Qafqazın digər bir ölkəsi Gürcüstan əsasən Qərbə doğru istiqamət götürdüyündən Kremıl üçün Tbilisi Bakı qədər önəm kəsb etmir. İrəvana gəlincə isə, bu ölkənin regionda heç bir siyasi və iqtisadi perspektivi olmadığından Qərbin hansısa formada Ermənistana stavka edəcəyi qeyri-real görünür. Ona görə də Rusiya hər vəchlə Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olmalıdır.

İkincisi, Azərbaycan qonşusu ilə strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq bütün beynəlxalq səviyyələrdə ona dəstək olur, hətta prinsipailı məsələlərdə belə Rusiyanın mövqelərini müdafiə edir. Yaxın illərdə bunun bir neçə dəfə əyani şahidinə çevrilmişik. Hazırda da Azərbaycan şimal qonşusu ilə eyni münasibətləri davam etdirir.

Üçüncüsü, Azərbaycan Rusiya ilə qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirərək bu ölkəyə məxsus müxtəlif təşkilat və qurumların, cəmiyyətlərin ölkə ərazisində maneəsiz fəaliyyəti üçün bütün imkanlar yaradır. Hazırda Azərbaycanda onlarla belə təşkilat və cəmiyyətlər fəaliyyət göstərir ki, ölkəmiz tərəfindən həmin qurumlara normal fəaliyyət göstərmək üçün hətta ofislər də ayrılıb. Həmin təşkilat və qurumlar heç bir məhdudiyyətlə üzləşmədən öz toplantılarını, tədbirlərini keçirə bilirlər. Bunun qarşılığında isə Rusiya və Azərbaycan arasında münasibətlərə təkan verən, bu istiqamətdə davamlı fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ikitərəfli münasibətlərin prinsiplərinə tamamilə ziddir.

Nəhayət, nəzərə alsaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin təsis olunması ilə bağlı keçirilən ilk toplantıda ümummilli lider Heydər Əliyev və hazırkı Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak edib, o zaman ÜAK-ın qeydiyyatının ləğvinin birbaşa Kreml rəhbərinə sayğısızlıq kimi də dəyərləndirmək olar. ÜAK-ın qeydiyyatının ləğvinə nail olanlar bir növ bununla belə bir mövqeni ortaya qoyurlar ki, Kreml rəhbəri uzun illər Konqresdə mövcud olan "qanunsuzluqlar"a göz yumub, onun öz prinsip və nizamnaməyə zidd fəaliyyət göstərməsinə rəvac verib.

Bütün bunları bir kənara qoyaraq gəlinən ümumi nəticə ondan ibarətdir ki, hazırda ÜAK-la bağlı məsələdə qalib tərəf Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyənlərdir. Həmin qüvvələrin başında isə təbii ki, erməni lobbisi dayanır. Çünki erməni lobbisinin günümüzdə başlıca hədəfi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki ölkə arasındakı strateji əməkdaşlıq mühitini zəiflətməkdir. Təəssüflər olsun ki. bu gün Rusiyanın bəzi rəsmi dairələri də bu məsələdə erməni lobbisi ilə bərabər, birgə işləyirlər. Elə əksəriyyət ekspertlər, təhlilçilər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür: "Halbuki, bir neçə gün əvvəl Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı. Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular. Amma bütün bunlara rəğmən Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı. Bu o deməkdir ki, Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, "niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?". Politoloq deyib ki, Rusiyanın Azərbaycandakı "5-ci kolonunun" ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb: "Bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də "işimizi" çətinləşdirirsən".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31