Komitə sədri: Şikayətlərin sayı ötən illə müqayisədə azalıb

Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin  Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib:“Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin  Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib:"Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ümumiyyətlə,  komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır". Deputatlar, həmçinin Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, təklif edilən dəyişiklik texniki xarakterlidir. Bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Həmçinin qeyd olunub ki, "Əmək pensiyaları haqqında" Qanuna da dəyişiklik edilir. Təklif olunan dəyişiklik texniki xarakterlidir. Sonra müzakirə olunan bütün məsələlər MM-in plenar iclasına tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31