Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət istifadətə verilib

Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə,bunun əsas səbəbi qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır:

Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,bunun əsas səbəbi qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır: "Xüsusən son illərdə sosial təminat sisteminin mühüm elementlərindən olan ünvanlı dövlət sosial yardımlarının təyinatı mexanizminin avtomatlaşdırılmış sistem üzərində şəffaflaşdırılması, bu sahədə insan faktorunun iştirakı olmadan elektron müraciət və təyinat sisteminin tətbiqi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistem beynəlxalq səviyyədə uğurlu təcrübələrdən biri kimi qəbul olunub. Bunun təzahürü kimi, Dünya Bankı tərəfindən həmin sistemə böyük maraq ifadə olunub və həmin mötəbər beynəlxalq qurumun müraciətinə əsasən, onun Vaşinqton (ABŞ) şəhərindəki mərkəzi ofisinin əməkdaşları üçün videokonfrans vasitəsilə VEMTAS-ın təqdimatı da təşkil olunub. Hazırda sosial yardımın alınması üçün müraciətlərin edilməsi "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə həyata keçirilir. Təkcə ötən ay bu e-xidmətə 87,3 minədək müraciətin qeydə alınması bu e-xidmətdən istifadəyə, ümumən sosial yardım hüquqlarına avrtomatlaşdırılmış sistem tərəfindən şəffaf şəraitdə baxılmasına böyük ictimai marağın ifadəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31