Gündəm

"Səsimi unutma"  29-cu mövsümün açılışında

20 Sentyabr 2017 11:56

Sentyabr ayının 20-də Azərbaycan Dövlət YUĞ Teatrı K. Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası ilə 29 - cu mövsümü açacaq. "Olaylar" bildirir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. 

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA

20 Sentyabr 2017 11:51

2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq 10 il sonra səbəbi müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır. İki aya yaxındır ki, meydan bayraqsız qalıb.  Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov modern.az-a hələlik texniki baxışın yekunlaşmadığını açıqlayıb: "Hazırda Bayraq Meydanındakı dirəyin üst hissəsi sökülüb. Onun altında olan mexanizm yoxlanılır, alt hissəyə texniki baxış keçirilir".

Hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 9, məhkəmələrə isə 3 iş göndərilib

20 Sentyabr 2017 11:43

1-15 sentyabr  tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 127 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 28 müddətli “məcburi göstəriş” verilib.

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

20 Sentyabr 2017 11:42

Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili - Koreya dili ixtisası üzrə müəllimi Könül Kamilzadə Koreya dili Milli İnstitutunun seçimi ilə Koreya Respublikasının Evha Qızlar Universitetinin təsis etdiyi 10 həftəlik “Invitation Training for Foreign Specialists of Korean Language” adlı təlim proqramında iştirak edib. "Olaylar" bildirir ki, K.Kamilzadə “A Study on Analysis of Grammatical Errors In Korean Writing Texts – Focusing on Beginner level Azerbaijan learners” mövzusunda 20 səhifəlik təqdiqat işi yazıb və sonda bu mövzuda çıxış edib.

Nazir: Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır

20 Sentyabr 2017 11:41

Xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərakatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır. Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim.

İlham Əliyev bu gün BMT-də çıxış edəcək

20 Sentyabr 2017 11:36

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxışı gözlənilir. Ölkə başçısının çıxışı Bakı vaxtı ilə axşam saatlarında baş tutacaq.

Azərbaycanın inkişafını şərtləndirən tarixi hadisə

20 Sentyabr 2017 11:27

Və yeni əsrdə yeni əməkdaşlıq imkanları Sentyabrın 20-i neft sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra tarixə düşən bu gün ümummilli lider Heydər Əiiyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti nəticəsində 1994-cü il, sentyabr ayının imzalanan həmin müqavilə Azərbaycanın inkişafını şərtləndirən başlıca amilə çevrildi. Bu gün Neftçilər Gününü qeyd edən Azərbaycan xalqı ikiqat bayram sevincini yaşayır desək yanılmarıq. Bunun isə başlıca səbəbi bir neçə gün əvvəl məhz “Əsrin müqaviləsi”nə bərabər bir sazişin, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə sənədin imzalanması oldu. İmzalanan saziş Azərbaycanla bərabər, Avropa üçün də mühüm əhəmiyyət kəsb etdiyindən dünya dövlətləri tərəfindən ona ciddi şəkildə maraq özünü ehtiva etdi.

Siyasi qərar, yoxsa Azərbaycana təzyiq vasitəsi?

20 Sentyabr 2017 11:25

ÜAK-ın ləğvi barədə qərar iki dövlət və xalq arasında ənənəvi dostluq münasibətlərinə kölgə salır Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu müəyyən edilib. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün martın 9-da Ali Məhkəməyə müraciət edib.

“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib

20 Sentyabr 2017 11:20

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi Dubayda təqdim olunub. Dubay Əmirliyinin möhtəşəm “Emirates Mall” mərkəzində nümayiş olunan "Əli və Nino" filmi tamaşaçıların böyük marağına səbəb olub. Bu kimi əsərlər Azərbaycanın hələ qədimdən, tolerantlıq və multikulturalizm diyarı olduğunun bariz nümunəsidir.

Azərbaycanda son 14 ilin sentyabr havasının rekordu yenilənib

20 Sentyabr 2017 11:16

Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.

Kanalda qadın cəsədi aşkarlanıb

20 Sentyabr 2017 11:08

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Kitab Klubunun direktoru vəfat etdi

20 Sentyabr 2017 11:00

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Belə ki, E.Rzayev uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib. O, bu gün Badamdar qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Ədəbi ilişkilərin inkişafına şeir çələngli töhfə

20 Sentyabr 2017 10:57

Sovet dönəmində yaşamış adamların yaxşı yadında olar, hər il bir respublikada 15 “qardaş” respublikadan birinin ədəbiyyat-incəsənət günləri keçirilərdi. Bu günlərdə iştirakçı ölkənin, kino-teatrlarda kinoları yayımlanır, rəssamlarının rəsm əsərləri sərgilənir, müğənnilərin kənd və şəhərlərin mədəniyyət evlərində konsertləri olur, şair və yazıçılarla orta və ali məktəblərdə, zavod, fabriklərdə, mədəniyyət ocaqlarında geniş oxucu kütləsilə görüşləri təşkil edilirdi, nəşiryyatlarda yüksək tirajla və nəfis tərtibatla kitablar, kitabçalar, broşurlar buraxılırdı. Bir sözlə, iştirakcı ölkənin hər sahədə geniş təbliğatı aparılırdı. Orta məktəbin dərsliklərində bəzi “qardaş” respublikaların şair və yazıçılarının həyat-yaradıcılığı uşaqlara öyrədilirdi. Bu da, müxtəlif millətlərin bir-birini yaxşı tanımasına, ədəbiyyatının, mədəniyyətinin geniş yayılmasına şərait yaradırdı. Yetmiş ilə yaxın yaşayan, höküm sürən “dostluğumuz”, “qardaşlığımız” bir anda sabun köpüyü kimi dağıldı.

V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək

20 Sentyabr 2017 10:54

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək. Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Üç gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.