Siyasi qərar, yoxsa Azərbaycana təzyiq vasitəsi?

ÜAK-ın ləğvi barədə qərar iki dövlət və xalq arasında ənənəvi dostluq münasibətlərinə kölgə salır Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu müəyyən edilib. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün martın 9-da Ali Məhkəməyə müraciət edib.

ÜAK-ın ləğvi barədə qərar iki dövlət və xalq arasında ənənəvi dostluq münasibətlərinə kölgə salır

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu müəyyən edilib. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün martın 9-da Ali Məhkəməyə müraciət edib. Mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Sentyabrın 19-da isə Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası qərarı qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq. ÜAK prezidenti Fazil Qurbanov isə Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxladığına görə təəssüf edib: "Məhkəmənin qərarı böyük təəssüf hissi doğurur. Bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil". O, Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyini bildirib: "Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunmuş, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılıb. Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir".  N.İbrahimov bildirib ki, Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşir: "Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur: " Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir. Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur".

Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası tərəfindən  Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxardığı qərar Azərbaycan ictimayyəti tərəfindən narahatlıqla qarşılanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluq münasibətləri iki dövlət və xalqlar arasındakı münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Heç şübhəsiz ki, Azərbaycanla Rusiya arsındakı münasibətlərin belə yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, antiazərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər. ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31