Gündəm
Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Daxili Qoşunların Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusunda maarifləndirici seminar-treninq keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, seminar-treninqi giriş sözü ilə açan hərbi hissənin komandiri polkovnik-leytenant Seymur Şahmuradov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq çıxışında dini radikalizmin törətdiyi fəsadlardan və bununla bağlı hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edib.
İndoneziya səfiri ADU-da dərs keçib
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı razılaşma əsasında universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 256-cı qrup tələbələrinə İndoneziyanın siyasi sistemi fənnindən dərs keçib. “Olaylar” bildiriir ki, səfir təmsil etdiyi ölkənin siyasi tarixi haqqında ətraflı məlumat verib, İndoneziya xalqının müstəqillik mübarizəsi, vahid xalq, vahid dil və vahid ərazi ideologiyası uğrunda apardığı mübarizəsindən danışıb. O, həmçinin ölkəsinin dünyada multikultural ölkə kimi tanınmasından bəhs edib.
İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib
Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Ələt-Astara yolunda daha bir dəhşətli qəza
Bugün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 91-ci km-də 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik maşınının “KamAZ” markalı yük avtomobili ilə qarşı-qarşıya toqquşması nəticəsində “Mercedes”də olan 5 nəfərdən 4-ü hadisə yerində dünyasını dəyişib. “Mercedes” deformasiyaya uğradığından ölənlərin cəsədlərini maşından çıxarmaq üçün hadisə yerində FHN əməkdaşları işləyir. Maşından çıxarıldıqdan sonra sağ olduğu bilinən 1 sərnişin isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub
"Olaylar" bildirir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə görkəmli neftçi-alim, Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Şeymanın plagiat gəlinliyi
Ötən gün 8 illik sevgilisi, aparıcı-prodüser Acun İlıcalı ilə nikaha girən Şeyma Subaşının gəlinliyi ətrafında söz-söhbət yaranıb. Şeymanın gəlinliyi bu il “Qızıl Qlobus” mükafatlandırma mərasimində Vera Vangın hazırladığı və aktrisa Hayli Steynfildin geyindiyi libasa bənzədilib.
Yunanıstana 500 milyon avro ziyan dəyib
Yunanıstanın “Proto Tema” nəşrinin məlumatına əsasən, Egey dənizində qəzaya uğrayaraq aşan mazut dolu “Agiya Zoni 2” gəmisinin bu ölkənin ekologiyasına ziyan vurması iqtisadiyyata da ciddi təsir göstərir. Mazutun dənizə axması nəticəsində ölkə iqtisadiyyatına zərərin 500 milyon avro olduğu ehtimal edilir. Attika sahillərinə dəyən ekoloji zərbə nəticəsində burada fəaliyyət göstərən restoranlar və yeməkxanalar bağlanır, balıqçılığa icazə verilmir. Bu isə onsuz da işsizliyin səviyyəsinin yüksək olduğu ölkədə vəziyyətin daha da çətinləşməsinə gətirib çıxarır.
İctimai yerlərdə üz bağlamaq qadağan olunub
İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib. Bu barədə İsveçrə teleqraf agentliyi məlumat yayıb. Məlumata görə, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar. Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “leyinə” və 54 nəfər “əleyhinə” səs verib. Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.
Üç şirkət birləşdi - Azərbaycanda
"Bakı Qida və Yağ Fabriki" MMC "Svit Star" MMC-nin və "Fermer Yağ İstehsalat Birliyi" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"
"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi həmin bölgədəki istiqlalın açarıdır". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında çıxışı zamanı deyib: "Sülh, istiqlal və rifahın hakim olması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Bu səbəbdən Yuxarı Qarabağ, Amasya və Cənubi Osetiya münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik. Bu gün görməməzlikdən gəldiyimiz hər bir böhranın sabah regional, hətta qlobal qarşıdurmanın fitilini alovlandıra biləcəyini əsla unutmamalıyıq" - Ərdoğan belə deyib.
Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmada yaranmış böhranı terror aksiyaları ilə mübarizə bəhanəsi altında soyqırımı adlandıırıb. Türkiyə prezidenti bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
Azərbaycanlı müttəhim məhkəmə zalından qaçdı
Moskvanın Naqatinksi rayon məhkəməsinin zalından müttəhim qaçıb. İnsident sentyabrın 16-da baş versə də, bu barədə ötən gün məlum olub. Qəsdən sağlamlığa orta dərəcəli xəsarət yetirməkdə ittiham olunan 26 yaşlı azərbaycanlı, hakim onun barəsində yaşadığı yerdən kərana çıxmama haqqında iltizamnaməni həbs qətimkan tədbirinə dəyişməsi qərarını elan etdikdən dərhal sonra birinci mərtəbəyə düşüb və turniketdən keçərək oradan qaçıb.
Azərbaycan çempionu İran klubuna qalib gəldi
Futzal üzrə UEFA kubokuna hazırlaşan "Araz" yoxlama matçı keçirib. Joze Alesionun yetirmələri Bakıda İranın "Mes Sunq" klubu ilə üz-üzə gəliblər. Qarşılaşma təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tiaqonun het-trik etdiyi görüşdə Eduardo, Vilel və Ramiz Çovdarov hərəyə bir dəfə fərqlənib.
149 nəfər həlak oldu
Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb. Bu haqda ölkənin xilasetmə xidmətinin başçısı Felipe Punte Twitter səhifəsində yazıb. 55 nəfər Morelos, 32 nəfər Puebla, 10 nəfər Mexiko və 3 nəfər Qerrero ştatlarında ölüb. Daha 49 nəfər isə ölkənin paytaxtı Mexiko da həlak olub.
Yeni Zelandiyada zəlzələ
Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Bu haqda ABŞ Geoloji xidməti xəbər verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 01:43-də baş verib. Zəlzələ kimsəsiz olan Oklend adasından 256 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.














